az | ru | en
5 aprel 2024


ASƏF ZEYNALLI - 115
(05.04.1909 - 27.10.1932)

Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, istedadlı bəstəkar, xalq musiqisinin mahir təbliğatçısı Asəf Zeynallının 115 yaşı tamam olur. Onun haqqında qısa məlumat və muzeyin kolleksiyasından bəzi materialları təqdim edirik .
Azərbaycan musiqisinin və milli bəstəkarlıq məktəbinin inkişafında Asəf Zeynallının böyük rolu olmuşdur. O, Konservatoriyanı bitirən ilk Azərbaycanlı bəstəkardır. Çox az yaşamasına baxmayaraq, Asəf Zeynallı böyük istedada malik bir sənətkar olmuş, Azərbaycan musiqisini qiymətli əsərlərlə zənginləşdirmişdir. O, milli musiqi mədəniyyətində kamera-vokal, kamera instumental janrların əsasını qoyan bəstəkar kimi tanınmışdır.

ətraflı...


4 aprel 2024



Bu gün "Rusiya Turizm və Mədəniyyət İndustriyası" jurnalının baş redaktoru Anatoli Kovalyov, Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajın və Tur Press Klubun əməkdaşları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət etmişlər.


ətraflı...


31 mart 2024


31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Soyqırım qurbanlarını dərin hüznlə yad edir!
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. 1918-ci ilin martında, yalnız Bakıda 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. Mart-aprel aylarında Şamaхıya hücum zamanı 58 kənddə təхminən 7 min nəfər öldürmüş, onların 1653 qadın və 965 uşaq olmuşdur, Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olunub, 2000–dən çox dinc sakin qətlə yetirilib... Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
1998-ci il 26 mart tarixindən sabiq Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Unutmadıq! Allah Soyqırım qurbanlarına rəhmət eləsin!




14 fevral 2024


NAZİM RZAYEV - 99

Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, professor Nazim Əsədulla oğlu Rzayev (14.02.1925 - 02.05.2006) 1964-cü ildən (yarandığı gündən)1992-ci ilədək Qara Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur.
ətraflı...


6 fevral 2024


QARA QARAYEVİN "ALTI RÜBAİ" ƏSƏRİNİN İLK NƏŞRİ

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 106-cı ildönümü münasibəti ilə QARA QARAYEVİN ÖMƏR XƏYYAMIN SÖZLƏRİNƏ "ALTI RÜBAI, SƏS VƏ FORTEPIANO ÜÇÜN" not məcmuəsi ilk dəfə nəşr etdirmişdir.

ətraflı...


6 fevral 2024



Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, tanınmış balerina və xoreoqraf Rəfiqə Axundova (07.08.1931 - 06.02.2024) uzun sürən xəstəlikdən sonra fevralın 6-da 92 yaşında vəfat etmişdir.

ətraflı...


2 fevral 2024



Azərbaycan Gəncləri Günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey müəssisələrində 2024-cü il fevralın 2-də gənclər üçün "Açıq qapı" günü elan olunmuşdur.
ətraflı...


26 yanvar 2024


MUSA MİRZƏYEV - 91
(26.01.1933 - 29.01.2016)

Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri, görkəmli bəstəkar, Xalq artisti, təcrübəli professor, pedaqoq, "Şöhrət" və "Şərəf" ordenləri laureatı Musa Mirzəyevin anadan olmasının 91-ci ildönümü tamam olur.

ətraflı...


25 yanvar 2024


"LEYLİ VƏ MƏCNUN" OPERASI - 116

Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operasının nümayiş etdirilməsindən 116 il ötür. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün müsəlman Şərqində ilk operadır.

ətraflı...


21 yanvar 2024


ŞƏFİQƏ AXUNDOVA - 100
(21.01.1924-26.07.2013)

Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq Artisti, "Şöhrət" ordenli Şəfiqə Axundovanın anadan olmasının 100 ili tamam olur.
Görkəmli bəstəkarımız ömrünün 70 ildən çoxunu Azərbaycan mədəniyyətinə, incəsənətinə fədakarlıqla xidmət etmişdir. Bu illər ərzində o, bir-birindən gözəl, dəyərli əsərlər yaratmışdır.

ətraflı...


10 yanvar 2024



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filiallarının 2024-cü ilin ilk həftəsinin qonaqları

ətraflı...


1 yanvar 2024







29 dekabr 2023



2023-cü ilin son günlərində görkəmli tarzən, Xalq artisti Fikrət Verdiyevin həyat yoldaşı, Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva tarzənə məxsus arxiv materiallarının bir hissəsini (101 ədəd) muzeyə hədiyyə etmişdir.
ətraflı...


28 dekabr 2023



Bu gün dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Zeynəb xanımı ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar arzulayır!

ətraflı...


26 dekabr 2023



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın "Azərbaycan musiqi mədəniyyətinin inkişafında təhsilin rolu və muzeyin təhsilə töhfəsi" məqaləsi (Kioto, 2019) Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş konfransının materialları toplusunda dərc edilmişdir. Paris, 2023

ətraflı...


24 dekabr 2023



Çox hörmətli Cənab Prezident!
Sizin tükənməz fəaliyyətiniz dövlətimizə və xalqımıza fədakarlıqla xidmət etməyin yüksək nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadiyyat, mədəniyyət, idman sahəsində böyük nailiyyətlər qazanmış, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, xalqımızın rifahı durmadan yüksəlmişdir. Bu gün müasir, güclü Azərbaycan sülh və tərəqqi yolu ilə inamla irəlilədiyini bütün dünyaya göstərir. Sizin uzaqgörən, müdrik siyasətinizlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, torpaqlarımız 30 illik işğaldan azad oldu, doğma Qarabağımıza qovuşduq. Müzəffər Ali Baş Komandan kimi adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Hörmətli Cənab Prezident! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün kollektivi Sizə möhkəm cansağlığı, doğma Vətənin rifahı naminə yeni şanlı işlər görmək üçün tükənməz enerji və çoxşaxəli dövlət fəaliyyətinizdə uğurlar arzulayır!



19 dekabr 2023


FƏRƏC QARAYEV — 80
(19 dekabr 1943)

Bu gün tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 80 yaşı tamam oldu.

ətraflı...


16 dekabr 2023


VAQİF MUSTAFAZADƏ (16.03.1940-16.12.1979)

16 dekabr - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Vaqif Mustafazadənin anım günüdür.

ətraflı...


7 dekabr 2023



Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi xəbərini AMMDM-yi böyük sevinc hissi ilə qarşılamışdır.

ətraflı...


2 dekabr 2023



Bu gün tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Murad Hüseynovun doğum günüdür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Murad müəllimi yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar arzulayır!




20 noyabr 2023

20 noyabr Ağdam şəhəri günüdür

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
ətraflı...


20 noyabr 2023



Bu gün Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin kollektivi məktəbin nəzəriyyə şöbəsinin müdiri Sevinc Məmmədovanın rəhbərliyi ilə muzeyimizin qonağı oldular.

ətraflı...


17 noyabr 2023

GÜLARƏ ƏLİYEVA-90 (17.11.1933-27.07.1991)


Azərbaycanın sönməz ulduzu, tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycanın Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın bu gün 90 yaşı tamam olur.

ətraflı...


9 noyabr 2023







8 noyabr 2023

ZƏFƏR GÜNÜ - MİLLİ QÜRUR VƏ ŞƏRƏF TARİXİMİZDİR!


Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur.
8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazılmışdır.

ətraflı...


1 noyabr 2023



Noyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər - Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifov) Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılışında iştirak etmişlər.

ətraflı...


30 oktyabr 2023



2023-cü il oktyabrın 30-da Rusiya Dövlət Kitabxanasının not nəşrləri və səsyazıları şöbəsinin konsert zalında "Çoxmədəniyyətli məkanda milli bəstəkarlıq məktəblərinin formalaşması problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda onlayn formatda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova "Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasının ilkin şərtləri və bu gün" mövzusunda məruzə ilə çıxış etmişdir.




29 oktyabr 2023



Oktyabrın 29-da Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu işə başlayıb.

ətraflı...


17 oktyabr 2023

17 OKTYABR FÜZULİ ŞƏHƏRİ GÜNÜ

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.
ətraflı...


1 oktyabr 2023


Dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) Ev Muzeyinin bu il 5 yaşı tamam oldu.

ətraflı...


25 sentyabr 2023

Anons





13 sentyabr 2023

ARİF MƏLİKOV - 90 (13.09.1933-09.05.2019)

Bu gün görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik, professor ARİF MƏLİKOVUN doğum günüdür.
ətraflı...


31 avqust 2023



Əziz dostlar! "Muzey ziyarətçilərin gözü ilə" adlı rubrikamızı davam edirik.
ətraflı...


26 avqust 2023



Bu gün Azərbaycan Respublikasının Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramli səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Əziz və sevimli Mehriban xanım! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti arzulayır! Gördüyünüz bütün işlər üçün Sizə dərin təşəkkürümüzü bildiririk!




24 avqust 2023

ZƏHRA QULİYEVA

Bu gün tanınmış skripkaçı, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Zəhra xanım Quliyevanın doğum günüdür.

ətraflı...


17 avqust 2023



Tanınmış müğənni, Xalq artisti İlhamə Quliyevanın anadan olmasının 80-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri II Fəxri xiyabana gedərək onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstləri qoyublar.

ətraflı...


17 avqust 2023



Bu gün müğənni, Xalq artisti İlhamə Quliyevanın (17.08.1943-25.02.2016) anadan olmasının 80 illiyi tamam olur.

ətraflı...


11 avqust 2023



Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əliliyi olan şəxslərin Peşə- Əmək reabilitasiyasının üzvləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət etmişlər.

ətraflı...


10 avqust 2023



Bu gün Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevin doğum günüdür.
ətraflı...


9 avqust 2023



Zhejiang Conservatory of Music - Çjetszyan Musiqi Konservatoriyasınının (Çin) Akademik tədqiqatları işləri üzrə rəhbəri, professor Sya Yançyou, professor Li Pengcheng və konservatoriyanın kitabxanaçısı Anna Pengcheng Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət etmişlər.
ətraflı...


4 avqust 2023



Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini Qazaxıstan Respublikasının Əməkdar xadimi, Astana şəhərinin E.Raxmadiyev adına Dövlət Akademik Filarmoniyasının baş dirijoru və bədii rəhbəri Qulmira Kuttıbadamova ziyarət etmişdir.

ətraflı...


2 avqust 2023



2 avqust 2023-cü il tarixində məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 39 il ötür.

ətraflı...


21 iyul 2023

BU GÜN MƏŞHUR PİANOÇU ADİLƏ ƏLIYEVANIN DOĞUM GÜNÜDÜR


Adilə Əliyeva Azərbaycanın Əməkdar artisti, "Dostluq" ordenli, Fransanın ali dövlət mükafatı olan "Fəxri Legion" ordenli, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, professorudur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sevimli Adilə xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzu edir!
Adilə xanım Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostu olaraq muzeydə və filiallarımızda keçirilən tədbirlərdə həm tamaşaçı kimi, həm də ifaçı kimi yaxından iştirak edir, musiqisevərləri yaradıcılıq uğurları ilə sevindirməyi davam edir. Ona bu işlərində müvəffəqiyyətlər və cansağlığı diləyirik.


Video link


21 iyul 2023



Əziz dostlar!
"Muzey ziyarətçilərin gözü ilə" adlı rubrikamızı davam edirik.

ətraflı...


20 iyul 2023



Qərbi Kaspi Universiteti ilə ABŞ-nin Mərkəzi Florida Universitetinin birgə həyata keçirdiyi "Fast Fluency Summer School-2023" davam edir və ABŞ-dan olan 7 tələbə bu yay məktəbində iştirak edir.
Bu dərslərdən biri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Müzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Qərbi Kaspi Universitetinin dosenti, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Müzeyində keçirilib.

ətraflı...


25 iyun 2023



Bu gün iyunun 25-dir. Məhz bu gün rus bəstəkarı İqor Stravinskinin "Simurq quşu" baleti ilk dəfə səhnəyə qoyulmuşdur. Premyera Paris Operasında baş tutmuşdur. Bu, 28 yaşlı bəstəkarın karyerasında ilk beynəlxalq müvəffəqiyyəti idi.
Azərbaycan Muisiqi Mədəniyyəti Dövlət Muzeyində Qara Qarayevin tələbəsi olan tanınmış Azərbaycan bəstəkarı İsmayıl Soltan oğlu Hacıbəyov (1949-2006) tərəfindən çəkilmiş İqor Stravinskinin portreti qorunub saxlanılır.
İ.Hacıbəyov. İ.Stravinskinin portreti. 1981. Kətan, yağlı boya, 110x180 sm.



24 iyun 2023


Muzey kolleksiyaları daha da zənginləşir

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarına dirijor, Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayevin (1925-2006) arxivi daxil olmuşdur.

ətraflı...


21 iyun 2023



21 iyun 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında keçirilən elmi simpoziumda "1920-ci illərdə Cənubi Qafqaz ekspedisiyalarının materiallarında muğam" mövzusunda çıxış etmişdir.


ətraflı...


17 iyun 2023



Bakı Piano Festivalından öncə görkəmli musiqiçilər Şahin Növrəsli, Rain Sultanov və dünyaca məşhur Kanada əsilli fransız pianoçu Elen Mersye (Helene Mercier) Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev muzeyini ziyarət ediblər
ətraflı...


9 iyun 2023


2nd Symposium of the ICTM Study Group on Global History of Music. 7-8 June 2023.
Antonio Pasqualino International Puppet Museum, Palermo, Sicily, Italy.

7-9 iyun 2023-cil tarixlərində İtaliyanın Palermo şəhərində Ənənəvi Musiqinin Beynəlxalq Komitəsinin (Dünya Musiqi Tarixinin araşdırmaları bölməsinin) II simpoziumunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova "Azərbaycan musiqi folkloru Puşkin Evində" məruzəsi ilə çıxış etmişdir.
ətraflı...


25 may 2023




Əziz dostlar!
"Muzey ziyarətçilərin gözü ilə" adlı rubrikamızı davam edirik.
Son bir neçə gün ərzində muzeyimizdə və onun filiallarında Sinqapur, Fransa, Böyük Britaniyadan olan vətəndaşlar, eləcə də yerli sakinlər, əsasən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri və başqaları qonaq olmuşlar.

ətraflı...


18 may 2023




18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə elan edilmiş "Açıq qapı" günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və bütün filiallarında (Niyazinin Mənzil Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi və Xalq Çalğı Alətləri Şöbəsinə) geniş ziyarətçi axını yaşanır.

ətraflı...


23 aprel 2023




Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Türkiyə və İordaniyadan gələn qonaqlar

ətraflı...


20 aprel 2023

HEYDƏR ƏLİYEV - 100

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Heydər Əliyev - 100" rubrikasına davam edir.
Muzeyin zəngin kolleksiyalarından mövzuya uyğun növbəti eksponatı təqdim edirik.
Foto. Heydər Əliyev musiqi və teatr xadimləri ilə




18 aprel 2023


MƏCİD BEHBUDOV (18.04.1873-06.09.1945)

Bu gün 150 yaşı tamam olan tanınmış Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi Məcid Behbudov Şuşada sahibkar ailəsində anadan olmuşdur.

ətraflı...


15 aprel 2023



Sağlam Düşüncə Gənclər Təşkilatının nümayəndələri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyində. 15.04.2023




12-13 aprel 2023


"Baxruşin qiraətləri - 2023"

12-13 aprel 2023-cü il tarixlərində Moskva şəhərində A.A.Baxruşin adına Mərkəzi Dövlət Teatr Muzeyinin filialı olan M.N.Yermolovanın Ev Muzeyində "Baxruşin qiraətləri - 2023" beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova "Azərbaycan musiqili teatr və teatr musiqisi muzey kolleksiyalarında" məruzəsi ilə çıxış etmişdir.

ətraflı...


8 aprel 2023



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin bugünkü qonaqları Bakı Humanitar Kollecinin tələbələri olmuşlar.




6 aprel 2023

HEYDƏR ƏLİYEV - 100

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Heydər Əliyev - 100" rubrikasına davam edir.
Muzeyin zəngin kolleksiyalarından mövzuya uyğun növbəti eksponatı təqdim edirik.
Foto. Heydər Əliyev, Mirzə İbrahimov, Süleyman Rüstəm, Balaş Azəroğlu və başqaları




30 mart 2023

MUZEYƏ HƏDİYYƏLƏR

Bu yaxınlarda rəssam İsa İbrahimovun oğlu Fuad İbrahimov atasının çəkdiyi bəstəkar Zakir Bağırovun portretini Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etmişdir. Həmin eksponatı Sizə təqdim edirik.
İsa İbrahimov. Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Bağırovun portreti. 1968. Kətan, yağlı boya




23 mart 2023



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru Alla Bayramova 17-18 mart 2023-cü il tarixlərində Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universiteti tərəfindən keçirilən "Qloballaşma dövründə komparativ tarixi-filoloji tədqiqatlar" Beynəlxalq elmi-praktiki konfransında iştirak etmişdir. O, konfransın "Ədəbiyyatın incəsənətin digər növləri ilə qarşılıqlı əlaqəsi" bölməsində "Dünya ədəbiyyatı Qara Qarayevin musiqi tərcümələrində" məruzəsi ilə çıxış etmişdir.

ətraflı...


22 mart 2023







10 mart 2023

HEYDƏR ƏLİYEV - 100

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Heydər Əliyev - 100" rubrikasına davam edir.
Muzeyin zəngin kolleksiyalarından mövzuya uyğun növbəti eksponatı təqdim edirik.
Fotoşəkil. Heydər Əliyev və Canəli Əkbərov
Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Muğam sənətini atasından öyrənmiş, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil almışdır. O, 1963-1964-cü illərdə Seyid Şuşinskinin, 1969-1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir.
Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov. "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev. "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov. "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır.




23 yanvar 2023

HEYDƏR ƏLİYEV - 100

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. O, incəsənətimizin, xüsusilə də musiqi mədəniyyətimizin inkişaf və tərəqqisinə həmişə böyük diqqət və qayğı göstərmişdir. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi.



14 yanvar 2023


İstedadlı fotoqraf Aqdes Bağırzadənin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan və XX əsrin əvvəllərinə aid olan musiqi qutuları, səs çıxaran cihazlar, qrammafon və patefonların fotoşəkilləri daxil edilmiş layihəsini diqqətinizə təqdim edirik. Muzey əşyalarının bu qədər təfərrüatlı, yüksək peşəkar, gözəl və poetik fotoşəkillərinə görə ona dərin minnətdarlığımızı bildiririk!

ətraflı...


29 dekabr 2022

29 DEKABR - BEYNƏLXALQ VİOLONÇEL GÜNÜDÜR!

Beynəlxalq Violonçel Günü - violonçel ifaçılarının və musiqi həvəskarlarının hər il dekabrın 29-da qeyd olunan qeyri-rəsmi bayramıdır.
Musiqi bayramının tarixi tanınmış Katalon violonçel ustası, dirijor, bəstəkar və musiqi-ictimai xadim Pablo Kazalsın ad günü ilə (1876-1973) bağlıdır. Pablo Kazals bütün dövrlərin ən yaxşı violonçel ustalarından biri hesab edilir, violonçeli solo alət kimi ilk dəfə tanıdıb.

ətraflı...


27 dekabr 2022




Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Muzeyi peşəkardan öyrənək" adlı layihəsi çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova 26 dekabr 2022-ci il tarixində Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən və Göygöl rayonlarının mədəniyyət işçiləri üçün təlim-seminar keçirtmişlər.




16 dekabr 2022


XATİRƏ: VAQİF MUSTAFAZADƏ
(16.03.1940-16.12.1979)

16 dekabr - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Vaqif Mustafazadənin anım günüdür.
Orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub. Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır




9 dekabr 2022




Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini, çox hörmətli Təranə xanım Qurbanovanın doğum günüdür. Təranə xanım uzun illərdir muzey sahəsində uğurla fəaliyyət göstərir, peşəkar mütəxəssis və gözəl insan kimi böyük hörmət qazanmışdır. Əziz və sevimli Təranə xanım! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, sevinc dolu həyat, gələcək işlərinizdə böyük uğurlar arzu edir. AD GÜNÜNÜZ MÜBARƏK!



17 noyabr 2022


Milli Dirçəliş günü

"Xalqımın Dirçəlişi ilə əldə olunan Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!". Ümummilli lider Heydər Əliyev




2 noyabr 2022



Bu gün caz muğamının banisi Vaqif Mustafazadənin qızı Azərbaycan Respublikasının Xalq artisti, pianoçu, bəstəkar, caz ifaçısı Əzizə Mustafazadə oğlu Ramizxanla birlikdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyini ziyarət etmişdir.

ətraflı...


26 oktyabr 2022


Anons





17 oktyabr 2022



Bu gün Mayor Orxan Ağasoyun rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin I kurs müdavimləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olmuşdur.
ətraflı...


14 oktyabr 2022


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi muzeyin direktoru Alla Bayramovanı elmlər doktoru elmi dərəcəsi diplomunun verilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, Alla xanıma işlərində daha böyük uğurlar arzulayır! Əziz Alla xanım, biz Sizinlə fəxr edirik!

ətraflı...


13 oktyabr 2022

UŞAQLAR, SİZİ MUZEYDƏ GÖZLƏYİRİK!

Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi üçün yeniyetmələrlə iş əsas istiqamətlərdəndir. Uşaqları lap uşaqlıqdan inkişaf etdirmək, onlara mədəni bacarıqlar aşılamaq, asudə vaxtlarını şaxələndirmək, onları muzeylərə, teatrlara, konsertlərə cəlb etmək lazımdır. Təbii ki, bu iş, yaş xüsusiyyətlərinə uyğun olaraq mədəni əyləncələr vasitəsilə tədricən aparılmalıdır. Ona görə də muzeydə müxtəlif yaş qrupuna aid olan uşaqlara fərqli münasibət göstərilir. Məktəbəqədər və ibtidai sinif şagirdlərinə anladıqları dildə ekskursiyalar təşkil edilir, onlar canlı və diskə yazılmış musiqi dinləyə, bəzi alətlərə toxuna bilirlər.
Həmçinin, muzeyimizdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin nəvəsinə yazdığı məktublarda illüstrasiya etdirdiyi rəsmlərin, muzeyin kolleksiyasından müxtəlif rəssamların opera və baletlər üçün çəkdikləri eskizlərin xüsusi hazırlanmış surətlərini rəngləyə bilərlər. Məsələn, at belində Koroğlu, Şelkunçik kostyumunun eskizi və s.
Bir qədər böyük uşaqlar üçün “Sehrli sandıq” və “Melodiyanı tap” oyunları keçirilir, “Azərbaycan xalq musiqi alətləri” mövzusunda Azərbaycan və rus dillərində sadə krossvordlar təqdim olunur. Uşaqlar, həmçinin, “Günay” uşaq teatrının artistləri kimi özlərini gənc bələdçi rolunda sınaya bilərlər.




6 oktyabr 2022

Anons

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 6 oktyabr 2022-ci il tarixində saat 15:00-da tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın Əməkdar müəllimi, Azərbaycanın Xalq artisti Əhmədxan Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir.




2 oktyabr 2022


Bu gün Türkiyə Kultur və Turizm Bakanlığının Şöbə müdürü Berna Görğun Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olmuşdur.

ətraflı...


20 sentyabr 2022


Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları mütəmadi olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət edirlər. Bu dəfə “Brave Kids”, “İndiqo”, “Dəniz” uşaq bağçaları muzeyimizin qonaqları olmuşlar.

ətraflı...


12 avqust 2022







21 iyul 2022


Bu gün Fransada yaşayan məşhur pianoçu, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə xanım Əliyevanın ad günüdür.

ətraflı...


17 iyul 2022

XATİRƏ: SEVDA İBRAHİMOVA
(28.11.1939-17.07.2022)

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. 17 iyul 2022-ci il tarixində tanınmış bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Sevda İbrahimova ömrünün 83-cü ilində vəfat etmişdir.

ətraflı...


22 iyun 2022



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Bülbülün Şuşadaki Ev Muzeyini ziyarət etmişdir.
Mükafatı Laureatı Bülbül#252;n anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

ətraflı...


3 iyun 2022



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, Azərbaycan mədəniyyəti naminə fəaliyyətində uğurlar arzulayır.




10 may 2022

HEYDƏR ƏLİYEV - 99
(10.05.1923 - 12.12.2003)

Müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevi anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dərin hörmətlə və minnətdarlıqla anırıq.




1 aprel 2022



Bu gün məşhur rus bəstəkarı, pianoçusu və dirijoru SERGEY RAXMANİNOVUN (1 aprel 1873 - 28 mart 1943) doğum günüdür.
Sergey Raxmaninovun əsərləri hər zaman Azərbaycan musiqiçilərini də cəlb etmiş, tez-tez bu əsərl&##601;rə müraciət edərək öz konsert proqramlarına daxil etmişlər.

ətraflı...


31 mart 2022



Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.





31 mart 2022

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Soyqırım qurbanlarını dərin hüznlə yad edir!
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. 1918-ci ilin martında, yalnız Bakıda 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. Mart-aprel aylarında Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfər öldürmüş, onların 1653 qadın və 965 uşaq olmuşdur, Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib... Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
1998-ci il 26 mart tarixindən sabiq Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Unutmadıq! Allah Soyqırım qurbanlarına rəhmət eləsin!




14 mart 2022
VAQİF MUSTAFAZADƏ - 82 (16.03.1940-16.12.1979)

16 mart - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı VAQİF MUSTAFAZADƏNİN doğum günüdür.

ətraflı...


10 mart 2022
10 MART MİLLİ TEATR GÜNÜDÜR

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulmuşdur. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

ətraflı...


3 mart 2022
3 MART TARİXİNDƏ "KARMEN" OPERASI İLK DƏFƏ TAMAŞAYA QOYULMUŞDUR.

1875-ci il 3 mart tarixində böyük fransız bəstəkarı Jorj Bizenin "Karmen" operası ilk dəfə Parisin "Komik opera" teatrında tamaşaya qoyulmuşdur. Həmin vaxtdan etibarən "Karmen" operası ən repertuarlı əsər kimi dünya səhnələrinin bəzəyi kimi qalır. Bu opera XIX əsrin opera realizminin zirvələrindən biridir, dünya mədəniyyətinə əvəzsiz tövhədir.

ətraflı...


1 mart 2022
"Fortepiano nəğməkari" Frederik Şopen (01.03.1810-18.10.1849)

Bu gün böyük bəstəkar, polyak milli musiqisinin klassiki Frederik Şopenin doğum günüdür.

ətraflı...


28 fevral 2022
Eldar Mansurov - 70 (28.02.1952)

Bu gün tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun doğum günüdür.

ətraflı...


7 yanvar 2022
PƏRVİZ RÜSTƏMBƏYOV - 100

7 yanvar - Azərbaycan cazının əfsanəsi, görkəmli musiqiçi, caz musiqisinin istedadlı ifaçısı, uğurlu ifalarına görə "sovet Benni Qudmeni" adlandırılan PƏRVİZ RÜSTƏMBƏYOVUN (07.01.1922-29.12.1949) 100 yaşı tamam olur.




30 dekabr 2021

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 2021-ci ildə ən yaxşı əməkdaşı adına muzeyin filialı olan Xalq Çalğı Alətləri sərgisinin şöbə müdiri Nigar Fuad qızı Cəbrayılova layiq görülmüşdür.

ətraflı...


29 dekabr 2021

Böyük sevinc hissi ilə bildiririk ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova "Azərbaycan mədəniyyətində musiqi-ədəbi əlaqələrin əsas təmayülləri" doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Bu münasibətlə muzeyin kollektivi Alla xanımı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayır.
Sizinlə fəxr edirik, çox hörmətli Alla xanım!




24 dekabr 2021

Çox hörmətli Cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Əlamətdar yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə ən səmimi təbriklərimizi Sizə çatdırırıq!
Sizin bütün həyat yolunuz doğma ölkəmizə fədakarlıqla xidmət etməyin yüksək nümunəsidir. Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Azərbaycan xalqının rifahına qayğını və onun milli mənafelərinin qorunmasını öz həyat və fəaliyyətinizin əsas məqsədinə çevirmisiniz.
Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan indiyə qədər görünməmiş inkişaf yolu keçmiş, iqtisadiyyat, mədəniyyət, idman sahəsində böyük nailiyyətlər qazanmış, xalqımızın rifahı durmadan yüksəlmiş, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmışdır. Bu gün müasir, güclü Azərbaycan sülh və tərəqqi yolu ilə inamla irəlilədiyini bütün dünyaya göstərir.
Cənab Prezident, Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. 44 günlük Vətən müharibəsində tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk!
Hörmətli Cənab Prezident! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün kollektivi Sizə möhkəm cansağlığı, doğma Vətənin rifahı naminə yeni şanlı işlər görmək üçün tükənməz yaradıcılıq enerjisi və çoxşaxəli dövlət fəaliyyətinizdə uğurlar arzulayır!




16 dekabr 2021

16 dekabr - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı VAQİF MUSTAFAZADƏNİN (16.03.1940-16.12.1979) anım günüdür.

ə#601;traflı...


14 dekabr 2021

14 dekabr görkəmli Azərbaycan muğənnisi, SSRİ xalq artisti, Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun doğum günüdür.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində nümayiş olunan Rəşid Behbudovun büstünü təqdim edirik.
Heykəltəraş İbrahim Zeynalov. Material: gips. 1986.




23 oktyabr 2021

Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası, ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

ətraflı...


12 oktyabr 2021







10 oktyabr 2021
DÜNYA MUSİQİ TARİXİNDƏN
CÜZEPPE VERDİ
(10.10.1813-27.01.1901)



Görkəmli bəstəkar Cüzeppe Verdinin yaradıcılığı XIX əsrin II yarısında italyan operasının zirvəsini təşkil edərək onun misilsiz çiçəklənmə dövrünə təsadüf edir və realist incəsənətin nailiyyətlərinin bariz nümunəsidir. Bəstəkar uzun ömür sürmüş və 26 opera, rekviem, kantatalar, simli kvartet, vokal ansamblları, romanslar, mahnılar bəstələmişdir. Vətənpərvər bəstəkar olan Verdinin yaradıcılığı İtaliyanın ictimai həyatı ilə bağlı idi. Təsadüfi deyildir ki, onu «İtalyan inqilabının maestrosu» adlandıdırdılar.

ətraflı...


5 oktyabr 2021
BƏSTƏKAR XƏYYAM MİRZƏZADƏNİN AD GÜNÜ


Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq Artisi, professor Xəyyam Mirzəzadənin (1935-2018) ad günüdür. 1957-ci ildə Qara Qarayevin sinifini bitirən Xəyyam müəllim uzun illər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında dərs deyərək, milli kadrların yetişməsində böyük rol oynamışdır. Musiqinin bir cox janrlarında yaratdığı maraqlı əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. Xəyyam Mizəzadənin ünsiyyətdə olduğu sənət xadimləri içərisində rəssamların xüsusi çəkisi vardır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondlarında rəssamlar Mikayıl Abdullayev, Elbəy Rzaquliyev, Qüdrət Məmmədov, İsmayıl Məmmədov və digərlərinin Xəyyam Mirzəzadəyə həsr elədikləri dostluq şarjlarının surətləri saxlanılır. Onlardan bir qismini sizlərə təqdim edirik.

ətraflı...


28 sentyabr 2021
REJİSSOR GEORGİ TOVSTONOQOVUN AD GÜNÜ


Bu gün XX əsrin görkəmli rejissorlarından biri, SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Georgi Aleksandroviç Tovstanoqovun (1915-1989) ad günüdür. O, rejissor kimi fəaliyyətə başladığı ilk gündən özünün fərdi təvsir metodları ilə quruluş verdiyi tamaşalarla teatr sevərlərin, mütəxəssis və tənqidçilərin diqqəti cəlb etmişdir.
ətraflı...


26 sentyabr 2021
BÜLBÜL (22.06.1897, Şuşa - 26.09.1961, Bakı)


Bu gün Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor BÜLBÜLÜN (Murtuza Məşədi Rza oğlu Məmmədov) vəfatının 60-cı ildönümüdür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bülbülün əziz xatirəsini ehtiramla yad edir.
Bülbül professional musiqi sənətinin inkişafı tarixində bütöv bir mərhələ, geniş diapazonlu fəaliyyətə malik böyük şəxsiyyət olmuşdur. O, xalq xanəndəliyindən opera müğənnisi, vokal sənəti müəllimi və alimədək geniş yaradıcılıq yolu keçmişdir, dünya vokal sənəti təcrübəsində əvəzi olmayan fenomendir. Spesifik Şərq məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk vokalçı, Azərbaycan milli muğam oxuma sənətinin ən yaxşı üsullarını rus və Avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanda yeni oxuma məktəbi yaratmış, Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri xalqlarının oxuma sənətinə səmərəli təsir göstərmişdir.




25 sentyabr 2021
DMİTRİ ŞOSTAKOVİÇ
(25.09.1906 - 09.08.1975)


Bu gün görkəmli bəstəkar, pianoçu, pedaqoq və ictimai xadim, professor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Dmitri Dmitriyeviç Şostakoviçin 115 yaşı tamam oldu.

ətraflı...


21 sentyabr 2021
ÜZEYİR HACIBƏYLİ FESTİVALI ƏRƏFƏSİNDƏ MUZEYƏ HƏDİYYƏ


XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı günlərində rəssam Hüseyn Hacıyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə növbəti əsərini təqdim etmişdir. Bu, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından səhnəyə çəkilmiş illüstrasiyadır (kağız, akvarel. 50x92 sm, 2018).

ətraflı...


20 sentyabr 2021
20 SENTYABR - NEFTÇİLƏR GÜNÜ


Muzeyimizin zəngin kolleksiyalarında qorunan Azərbaycan bəstəkarlarının neftçilərə həsr olunmuş əsərlərini Sizə təqdim edirik.

ətraflı...


13 sentyabr 2021


Arnold Şönberq, tam adı Arnold Frants Valter Şönberq (Arnold Franz Walter Schoenberg, 13 sentyabr 1871-ci il Vyana, Avstriya - 13 iyul 1951-ci il Los-Anceles, ABŞ-da), atonallıq, məhz serializm və 12 tonlu sıradan istifadə etməklə musiqi kompozisiyasının yeni metodlarını yaratmış Avstriya-Amerika bəstəkarı. O, həmçinin XX əsrin ən nüfuzlu pedaqoqlardan biri olmuşdur; onun görkəmli şagirdləri sırasında Alban Berq və Anton Veberni göstərmək olar.

ətraflı...


13 sentyabr 2021
MİKAYIL ABDULLAYEV - 100
(19.12.1921 - 21.08.2002)


Azərbaycan Prezidenti cənab İlham Əliyev 10 sentyabr 2021-ci il tarixində Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

ətraflı...


13 sentyabr 2021
ARİF MƏLİKOV
(13.09.1933-09.05.2019)


Bu gün görkəmli Azərbaycan bəstəkarı və rəssamı, SSRİ Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik, professor ARİF MƏLİKOVUN doğum günüdür.

ətraflı...


1 sentyabr 2021
MƏCNUN KƏRİM - 76 (01.09.1945-02.10.2013)


Bu gün Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının rəhbəri MƏCNUN KƏRİMİN anadan olmasının 76 illiyidir.

ətraflı...


26 avqust 2021


Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramli səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Əziz və sevimli Mehriban xanım! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti arzulayır! Gördüyünüz bütün işlər üçün Sizə dərin təşəkkürümüzü bildiririk!




19 avqust 2021
DÜNYA MUSİQİ TARİXİNDƏN
CORCE ENESKU - 140
(19.08.1881-04.05.1955)


Bu gün görkəmli rumın bəstəkarı, skripkaçı, dirijor, pedaqoq Corce Eneskunun 140 yaşı tamam oldu.
Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub. Parisdə J.Masne, Q.Fore, M.Marsikdən dərs almış və burada skripkada ifasına görə ilk mükafatını qazanmışdı.

ətraflı...


4 avqust 2021
DÜNYA MUSİQİ TARİXİNDƏN


4 AVQUST 2021 ci il tarixində Lui Armstronqun ( Louis Daniel Armstrong) 120 illiyidir.
O, 4 avqust 1901 ci ildə ABŞ –ın Luiziana ştatında Nyu Orleanda anadan olmuşdur.
Caz musiqi tarixində aparıcı trubaçı olmuşdur.1930-cu illərdən Azərbaycanda caz musiqisi böyük populyarlıq qazanmışdır.




2 avqust 2021
XII Qəbələ musiqi festivalı davam edir.



ətraflı...


1 avqust 2021
Ü.Hacibəyli adına Bakı musiqi akademiyasının 100 illik yubileyinə həsr olunmuş XII Qəbələ musiqi festivalı


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (Azərbaycan Dövlət Konservatoriyası) yaranmasının 100 illiyi ilə əlaqədar rubrikanı davam etdiririk.

baxmaq - video link 1

baxmaq - video link 2

ətraflı...


22 iyun 2021
Şuşanın Bülbülü
(22.06.1897. Şuşa - 26.09.1961. Bakı)


22 iyun Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında əvəzsiz xidmətlər göstərmiş böyük sənətkar, Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, musiqi folkloru tədqiqatçısı, professor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Şuşa musiqi məktəbinin məşhur yetirməsi olan BÜLBÜLÜN (Murtuza Məşədi Rza oğlu Məmmədov) doğum günüdür.

ətraflı...


22 iyun 2021
CAHANGİR CAHANGİROV - 100 (1921 - 1992)


Azərbaycan musiqisevərləri musiqi tariximizin səhifələrinə adı qızıl hərflərlə yazılan bəstəkarlardan biri, pedaqoq, xormeystr, Xalq artisti Cahangir Cahangirovun 100 illiyini qeyd edir.

ətraflı...


18 may 2021


Bu il Beynəlxalq Muzeylər Şurası (ICOM) 18 May Beynəlxalq Muzeylər Günü üçün "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış" mövzusunu seçmişdir. Müasir dövrdə və gələcəkdə texnologiyalar və iş metodları nə qədər inkişaf etsə də, muzeyi kolleksiyalarsız təsəvvür etmək çətindir. Muzey kolleksiyalarının təqdimatı əvəzedilməz olaraq qalır. Çünki muzey kolleksiyaları dünyanın təbii tarixini və bəşəriyyətin tarixini, xalqların mədəni, elmi nailiyyətlərinin sənədli dəlili və sübutudur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının ifasında Əbdülqadir Marağainin "Hüseyni - bəstə" və "Naxış - bəstə" əsərlərini təqdim edirik.

baxmaq


18 may 2021


Əziz həmkarlar! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi hamınızı 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Sizə cansağlığı, səadət, işlərinizdə uğurlar arzu edir!




13 may 2021
QARA QARAYEV (1918-1982)


13 may - 1982-ci ilin bu günündə görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı QARA ƏBÜLFƏZ oğlu QARAYEV (05.02.1918-13.05.1982) vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxivlərində mühafizə olunan, Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən slayd-şounu təqdim edirik.

baxmaq


10 may 2021
HEYDƏR ƏLİYEV - 98 (10.05.1923-12.12.2003)


Bu gün Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümüdür.
Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.
Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Ümumilli liderimizin doğum günü münasibətilə "Heydər Əliyev və mədəniyyətimiz" slayd-şousunu təqdim edir.

baxmaq


9 may 2021


9 May faşizm üzərində qələbənin 76 illiyi münasibətilə muzeyin zəngin kolleksiyalarından "Azərbaycan musiqiçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsində" virtual sərgisini təqdim edirik.

ətraflı...


7 may 2021






28 aprel 2021
AD GÜNÜNÜZ MÜBARƏK!


Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın ad günüdür. Muzeyin kollektivi çox hörmətli, peşəkar rəhbər, gözəl insan, sevimli Alla xanımı ad günü münasibətilə səmimi qəlbdən təbrik edərək cansağlığı, uğurlar arzulayır.
AD GÜNÜNÜZ MÜBARƏK!




24 aprel 2021
AD GÜNÜNÜZ MÜBARƏK!


Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri və konsertmeystri, ustad sənətkar, kamança və çəqanə ifaçısı, Xalq artisti Munis Şərifovun doğum günüdür.
Muzeyin kollektivi adından Munis müəllimi ürəkdən təbrik edir, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.




5 aprel 2021
Oqtay Rəcəbov - 80 (05.04.1941)


Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, Əməkdar incəsənət xadimi, Xalq artisti Oqtay Rəcəbovun bu gün 80 yaşı tamam olur.

ətraflı...


31 mart 2021
Tarixi yaddaşımızdan silinməyən


31 mart Azərbaycanlıların soyqırım günü

ətraflı...


31 mart 2021
Cabbar Qaryağdıoğlu - 160


31 mart 2021-ci il görkəmli xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun 160 yaşı tamam olur.

ətraflı...


31 mart 2021
Rafiq Babayev - 85 (31.03.1936-19.03.1994)


31 mart 2021-ci il tarixində Azərbaycan cazının korifeyi, bəstəkar, dirijor, aranjimançı, filmlərin musiqi müəllifi və Xalq artisti Rafiq Babayevin 85 yaşı tamam olur.

ətraflı...


18 mart 2021
Xan Şuşinski - Azərbaycan Muğam Sənətinin Xanı


18 mart Azərbaycan muğam sənətinin korifeylərindən biri, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin anım günüdür.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunan Xan Şuşinskiyə aid materiallardan virtual sərgini təqdim edirik.

ətraflı...


16 mart 2021
Zakir Bağırov (16.03.1916 - 8.01.1996)


Bu gün tanınmış Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Zakir Cavad oğlu Bağırovun 105 yaşı tamam olur.

ətraflı...


16 mart 2021
Vaqif Mustafazadə - 81 (16.03.1940-16.12.1979)


16 mart - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Vaqif Mustafazadənin doğum günüdür.

ətraflı...


10 mart 2021
Canəli Əkbərov (10.03.1940)


Tanınmış muğam ustadı, Xalq artisti, professor Canəli Əkbərovun bu gün 81 yaşı tamam olur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Canəli Əkbərovu doğum günü münasibətilə ürəkdən təbrik edir, sevimli xanəndəmizə möhkəm cansağlığı və uğurlar arzu edir.

ətraflı...


24 fevral 2021
Xocalı Soyqırımı - XX Əsrin Faciəsi


29 ildir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə XX əsrin ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Son 200 il ərzində Azərbaycan xalqı erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.
ətraflı...


22 fevral 2021
Süleyman Ələsgərov (22.02.1924-21.01.2000)


Görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim, Xalq artisti, professor "Şöhrət" ordenli Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulmuşdur. Bu bənzərsiz diyarın ecazkar təbiəti, çal-çağırlı günləri gələcək bəstəkarın istedadını üzə çıxarmışdı. İlk təhsilini Şuşada alan gənc Süleyman Musiqi Texnikumunun tar sinfini bitirdikdən sonra 1941-ci ildə Bakıya gəlir, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.
ətraflı...


20 fevral 2021
Arif Babayev (20.02.1938)


Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, sevimli xanəndəmiz, böyük muğam ustadı, Xalq artisti, professor, "Şöhrət", "İstiqlal", "Şərəf" ordenli ARİF BABAYEV ömrünün 83-cü baharına q&##601;dəm qoymuşdur.

ətraflı...


17 fevral 2021
Madam Batterflay


17 fevral 1904-cü ildə Milanda La Skala Opera Teatrında İtalyan bəstəkarı Cakomo Puççininin (1858-1924) "Madam Batterflay" operasının premyerası olmuşdur. Bu opera dünyanın bir çox teatrlarının, o cümlədən Azərbaycan Akademik Opera və Balet Teatrının repertuarına daxil edilmişdir. Tamaşada əsas partiyaları həm məşhur Azərbaycan, həm də xarici ölkə muğənniləri ifa etmişlər.

ətraflı...


12 fevral 2021
Bəhram Mansurov - 110 (12.02.1911 - 14.05.1985)


Görkəmli Azərbaycan tarzəni, Xalq artisti(1978) Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur.
ətraflı...


6 fevral 2021
Ağaxan Abdullayev (06.02.1950-25.12.2016)


Milli mu#287;am sənətinin görkəmli nümayəndəsi, xanəndə, pedaqoq, Xalq artisti Ağaxan Minaxan oğlu Abdullayev 1950-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968-1973-cü illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik şöbəsində, Seyid Şuşinskinin istedadlı tələbələrindən biri və layiqli davamçısı Nəriman Əliyevin sinfində təhsil almışdır. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlamışdır. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində və sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur.

ətraflı...


5 fevral 2021
Təbrik edirik!


Bu gün görkəmli musiqişünas Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Aidə Tağızadənin ad günüdür.
Aidə xanımı ürəkdən təbrik edirik! Möhkəm cansağlığı, uğurlar arzulayırıq!




4 fevral 2021
Polad Bülbüloğlunun doğum günü


4 fevral görkəmli Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun doğum günüdür.

ətraflı...


3 fevral 2021
Ceyhun Hacıbəyli - 130 (03.02.1891-22.10.1962)


Bu gün Hacıbəyovlar ailəsinin layiqli nümayəndəsi, mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin 130 yaşı tamam olur.

ətraflı...


2 fevral 2021
Elan






26 yanvar 2021
Elan






26 yanvar 2021
Təbrik edirik!


Bu günlərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini, əziz və çox hörmətli Təranə xanım Qurbanovanın yubileyi olmuşdur.
Uzun illərdir muzey sahəsində çalışan Təranə xanım musiqi mədəniyyətimizin təbliği işində də uğurlu fəaliyyət göstərmiş, kollektivdə böyük hörmət qazanmışdır.
Muzeyin kollektivi Təranə Qurbanovanı təbrik edir, ona möhkəm cansağlığı, uğurlar, sevinc dolu həyat arzu edir.
Yubileyiniz Mübarək, Təranə Xanım!




26 yanvar 2021
Təbrik edirik!


Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı ilə təltif edililməsi münasibətilə təbrik edirik!




26 yanvar 2021
Musa Mirzəyev (26.01.1933-29.01.2016)


26 yanvar tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti, professor, pedaqoq, "Şöhrət" və "Şərəf" ordenləri laureatı MUSA MİRZƏYEVİN doğum günüdür.

ətraflı...


24 yanvar 2021
Əziz və hörmətli izləyicilər!


Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 25 yanvar 2021-ci il tarixindən etibarən ölkəmizdəki muzeylərin fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır və bütün muzeylərin fəaliyyəti bərpa olunur.

ətraflı...


24 yanvar 2021
Əşrəf Həsənov (24.01.1909 - 09.08.1983)


24 yanvar görkəmli Azərbaycan dirijoru, pedaqoq, Xalq artisti, peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri ƏŞRƏF HƏSƏNOVUN doğum günüdür.

ətraflı...


21 yanvar 2021
Şəfiqə Axundova - 97 (21.01.1924-26.07.2013)


Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq Artisti, "Şöhrət" ordenli Şəfiqə Axundovanın anadan olmasından 97 il ötür.

ətraflı...


20 yanvar 2021
20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir!


Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən 31 il ötür.

ətraflı...


18 yanvar 2021
Görkəmli dirijor Kamal Abdullayevin ad günü


Dünya mədəni tarixində insanlar üçün ən önəmli yaddaş dəyərli mənəvi və estetik yaddaşdır. Xoşbəxt o adamdır ki, o xalqın tarixinə özünün unudulmaz izini qoyub və yaddaşlardan silinmir.

ətraflı...


5 yanvar 2021
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edildi.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Sizi yeni təyinatınız münasibətilə təbrik edir. Sizə fəaliyyətinizdə böyük uğurlar arzu edir!

ətraflı...










Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.