az | ru | en


26 yanvar 2024


MUSA MİRZƏYEV - 91
(26.01.1933 - 29.01.2016)


Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri, görkəmli bəstəkar, Xalq artisti, təcrübəli professor, pedaqoq, "Şöhrət" və "Şərəf" ordenləri laureatı Musa Mirzəyevin anadan olmasının 91-ci ildönümü tamam olur.
Azərbaycan musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır. Qara Qarayevin bəstəkarlıq məktəbinin yetirməsi olan Musa Mirzəyev Azərbaycan musiqi mədəniyyəti tarixinə simfonik və kamera musiqisinin ən müxtəlif janrlarında qələmini sınamış və dəyərli əsərlər yaratmış bəstəkar kimi daxil olmuşdur. Onun yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Bəstəkarın monumental "I simfoniya", "Simfoniyetta", simli orkestr üçün "II simfoniya", violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən "Sədini oxuyarkən", "Bayram poeması", truba ilə orkestr üçün "Poema-noktürn", "Yeddi simfonik lövhə" kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, "Gənclik üçün albom", "Lənkəran əfsanəsi" fantaziyası, "Romantik poema", vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür.
Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.
Görkəmli bəstəkar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostu idi. Xalq artisti Musa Mirzəyev haqqında muzeyin zəngin kolleksiyalarından bəzi materiaları sizə təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.