az | ru | en
29-30 aprel 2015
P.İ.Çaykovskinin 175 illiyi münasibəti ilə Klin şəhərində elmi konfrans

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova 29-30 aprel 2015-ci il tarixində P.İ.Çaykovskinin 175 illiyi münasibəti ilə Moskva vilayətinin Klin şəhərində keçirilmiş elmi-konfransda iştirak etmişdir. O, "P.İ.Çaykovski Azərbaycanda" mövzusunda çıxış etmişdir.
ətraflı...


27 aprel 2015
"İngilisdilli ədəbiyyatda 2015-ci il yubileyləri"

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova 27 aprel 2015-ci il tarixində Qərb Universitetində keçirilən "İngilisdilli ədəbiyyatda 2015-ci il yubileyləri" mövzusunda beynəlxalq konfransın təşəbbüskarı kimi çıxış etmişdir.
ətraflı...


13-15 iyun 2013
Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının növbəti işçi görüşü

13-15 iyun 2013-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasıyasının işçi görüşü keçirilmişdir.
ətraflı...


9-19 mart 2013
III Beynəlxalq ?Muğam Aləmi? elmi simpoziumu

9-19 mart 2013-cü il tarixində Bakı şəhərində ?Muğam Aləmi? III Beynəlxalq muğam Festivalı keçirilmişdir.
ətraflı...


9-11 iyul 2010
Samp-Qitələrarası muzeylər şəbəkəsinin Bakıda seminar keçirildi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Samp-Qitələrarası muzeylər şəbəkəsinin işində iştirakı çərçivəsində 9-11 iyul tarixlərində Bakıda seminar keçirildi. ətraflı...


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi UNESCO nəzdində Beynəlxalq Muzeylər Şurası Komitələrindən biri olan qitələrarası muzeylər şəbəkəsi ALAS/SAMP təşkilatı tərəfindən uzunmüddətli əməkdaşlıq üçün seçilibdir (2009-cu ilədək). ALAS/Samp ? Asiya, Latın/ Mərkəzi Amerika, Afrika və İsvec ölkələrinin muzeylərini birləşdirir. Bu təşkilata daxil olan muzeylər ALAS/Samp-ın keçirdiyi muzey fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş mövzular üzrə seminar, treninq və layihələrdə iştirak edirlər. Bunlardan:

- 2003,oktyabr ? Mumbay (Hindistan)

- 2005, 22-29 aprel ? Barbados, seminar

- 2005, 31 iyul-7 avqust ? Azərbaycan (Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində). ?Layihələrdə şəbəkə menecmenti və kommunikasiyalar? adlı seminarda 10 ölkənin muzeylərinin nümayəndələri iştirak etmişdir (İsvec, Kosta Rika, Hindistan, Nigeriya, Zimbabve, Barbados, Botsvana, Dominikan Respublikası, Çili)

- 2006, 1-6 may - Kosta Rika, seminar

- 2006, 23-26 avqust ? Kosta Rika, müşahidə









Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi









UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.