az | ru | en
Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından ibarətdir.

  1. Arxiv-memuar fondunda tanımış bəstəkarların, musiqiçilərin, vokalistlərin, xanəndələrin, müğənnilərin, rəqqasların həyat və yaradıcılığına aid olan afişalar, proqramlar, məktublar, dəvətnamələr, not əlyazmaları, kitablar, teleqramlar və s. sənədlər qorunub saxlanılır.

  2. Foto-neqativ fondunda tanınmış bəstəkarlarını, musiqiçilərin, xanəndələrin, rəqqasların, fotoları və neqativləri saxlanılır.

  3. Musiqi alətləri fondunda 277 ədəd eksponat vardır. Burada Azərbaycanın görkəmli musiqi xadimlərindən Qurban Pirimova, Bəhram Mənsurova, Xan Şuşinskiyə, Keçəçi oğlu Məhəmmədə, Əhməd Bakıxanova, Hüseyn Saraclıya, Səid Rüstəmova, Məmmədağa Muradova, Həbib Bayramova, Kamil Əhmədova və başqalarına məxsus olan musiqi alətləri saxlanılır. Fondda həmçinin Azərbaycanda geniş yayılmış, lakin sonralar müxtəlif səbəblərdən unudulmuş və muzeyin əməkdaşı Məcnun Kərimov tərəfindən bərpa edilmiş qədim musiqi alətləri və eyni zamanda dünya xalqlarının alətlərinin replikaları də nümayiş etdirilir.

  4. Fonotekada 1733 ədəd val qorunub saxlanılır. Bundan əlavə burada 379 ədəd audio lentlər, yazılar və 189 ədəd CD disklər vardır. Fonotekada toplanmış materiallar XX əsrin əvvəllərindən XXI əsrə qədərki dövrü əhatə edir. Fonotekada XX əsrin əvvələrinə aid olan: Konser Rekord, Ekstrafon, Sport Rekord, Primer Rekord, Qrammafon Rekord, Pate firmalarının valları toplanıb. Bu vallara Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Qurban Pirimov və Azərbaycanın başqa məşhur ifaçılarının səsləri yazılmışdır. Şərqdə səsinin ilk dəfə qrammafon valına yazdıran sənətkar Cabbar Qaryağdıoğlu olmuşdur. O dövrdə Azərbaycan sənətkarlarının ifasında səslənən muğam, təsnif, mahnı və oyun havaları Varşavada qrammafon vallarına yazılırdır. Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova və başqa XX əsrin ifaçılarının vallara yazılmış səsləri fonotekamızda qorunub saxlanılır. Fonotekada qorunub saxlanılan 200-ə qədər qramvalların səsləri təmizlənərək CD disklərə yazılmışdir.

  5. Eskiz-maket fondunda Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin, Həsən Haqverdiyevin, Əli Haqverdiyevin, İsmayıl Məmmədovun, Elturan Avalovun və başqa tanınmış rəssamların əsərləri və eskizləri vardır.

  6. Müəllif not əlyazmaları fondunda Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Ədilə Hüseynzadənin, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Vaqif Mustafazadənin, Fərəc Qarayevin, Cavanşir Quliyevin və başqalarının müəllif əlyazmaları saxlanılır.

Muzeyin zəngin arxiv materialları Azərbaycanın musiqi tarixini daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan verir.








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.