az | ru | en
18 may 2020
TƏSVİRİ SƏNƏT ƏSƏRLƏRİ AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ

18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə əziz həmkarlarımızı, dünyanın bütün muzey işçilərini təbrik edir və muzeyin zəngin kolleksiyalarından bəzi rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinin virtual sərgisini təqdim edirik. ətraflı...


13 aprel 2020
VİRTUAL SƏRGİ

Sizi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub saxlanılan zəngin və maraqlı materiallarla tanışlığı davam etdiririk.
ətraflı...


8 aprel 2020
VİRTUAL SƏRGİ: “Yeddi gözəl” baleti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "VİRTUAL SƏRGİ" rubrikasına davam edir

Bu gün Sizə görkəmli bəstəkarımız, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın akademiki Qara Qarayevin (05.02.1918- 13.05.1982) “Yeddi gözəl” baletinə dair materiallardan ibarət sərgimizi təqdim edirik.
ətraflı...


6 aprel 2020
“TƏSVİRİ SƏNƏT ƏSƏRLƏRİ AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ” DAVAM EDİRİK: “ÜZEYİR HACIBƏYLİNİN PORTRETLƏRİ”

Sizə görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin banisi, müsəlman dünyasının ilk bəstəkarı Üzeyir Hacıbəylinin( Hacıbəyov, 1885-1948) üç rəngkarlıq nümunəsini təqdim edirik.
ətraflı...


1 aprel 2020
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "VİRTUAL SƏRGİ" adlı yeni rubrikaya başlayır

“TƏSVİRİ SƏNƏT ƏSƏRLƏRİ NİYAZİNİN MƏNZİL MUZEYİNDƏ” sərgisini təqdim edirik.
ətraflı...


19 iyul 2017
Cövdət Hacıyev - 100

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materialları əsasında tanınmış Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi. Azərbaycan Dövlət Filarmoniyası
ətraflı...


18 may 2017
“Interyerdə Musiqi və Həqiqət”

18 may 2017-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Interyerdə Musiqi və Həqiqət” adlı sərgi və konsert keçirilmişdir.
ətraflı...


12 may 2017
“İslam dünyasının musiqi alətləri”

12 may 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar İslam dünyasının musiqi alətləri sərgisinin açılışı olmuşdur. Sərgidə muzeyin zəngin kolleksiyalarından Azərbaycan musiqi alətləri ilə yanaşı Azərbaycandakı İslam ölkələri səfirliklərinin muzeyə təqdim etdikləri musiqi alətləri, audio, video materiallar, kitablar və.s. nümayiş olunmuşdur.
ətraflı...


17 fevral 2017
Məmməd Quliyev - 80

17 fevral 2017-ci il tarixində tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Məmməd Quliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi Azərbaycan Dövlət Filarmoniyasının foyesində nümayiş olunmuşdur.
ətraflı...


13-15 iyun 2013
“Azərbaycan – Rusiya. Musiqi paralelləri” sərgisi

Sərgidə Musiqi Muzeyləri və Koleksiyaları Assosiasiyasının üzvləri olan yeddi muzey öz eksponatları ilə iştirak eymişdir.
ətraflı...


14 noyabr 2012
Şövkət Ələkbərova – 90

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin Azərbaycan Respublikasının Xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın anadan olmasının 90 illiyi ilə əlaqədar sənətkarın həyat və yaradıcılığına həsr olunmuş hazırladığı fotosərgi 14 noyabr 2012-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasının foyesində nümayiş olunmuşdur. ətraflı...


4 noyabr 2012
Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş sərgi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSRİ Xalq artisti, Dövlət mükafatlar laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş sərgi. Azərbaycan Dövlət Filarmoniyası, Bakı, 4 noyabr 2012-ci il. ətraflı...


12 oktyabr 2012
Azərbaycan Dövlət Filarmoniyasında “Niyazi-100” adlı sərgi

12 oktyabr 2012-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında Niyazinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış "Niyazi-100" adlı sərgi nümayiş olunmuşdur.
ətraflı...


3 oktyabr 2012
Moskvada E.F.Qnesinanın ev muzeyində Niyazinin 100 illiyinə həsr edilmiş sərgi

3 oktyabr 2012-ci il tarixində Rusiya Musiqi Akademiyasının nəzdində Y.F. Qnesinanın Memorial Mənzil Muzeyində Niyazinin 100 illiyinə həsr olunmuş sərginin açılışı olmuşdur.
ətraflı...


16 mart 2010
"Vaqif Mustafazadə - 70" foto-sərgi

16 mart 2010-cu ildə respublikamızın ən böyük konsert salonunda-Heydər Əliyev ad. Sarayda görkəmli azərbaycan caz musiqiçisi, caz-muğamın banisi Vaqif Mustafazadənin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
ətraflı...


17 aprel 2009
Ramiz Mirişli – 75

Azərbaycan bəstəkarı, ictimai xadim, Xalq artisti, Prezident təqaüdçüsü, ”Şöhrət” ordenli, professor Ramiz Mirişlinin 75-illik yubileyi ilə əlaqədar muzey sərgi hazırlamış, 17 aprel 2009-cu ildə Azərbaycan Dövlət Filarmoniyasında nümayiş etdirilmişdir.


20 mart 2009
Novruz bayramı şənliyi

20 mart 2009-cu il tarixində Novruz bayramı şənliklərinə həsr edilmiş “İçərişəhər” Tarixi-Memarlıq Bədii Qoruğunda təşkil edilmiş sərgidə muzeyin şöbə müdiri Təranə Zeynalova iştirak etmiş, qədim musiqi alətlərindən nümunələr nümayiş etdirilmişdir.


18 mart 2009
“Şərq Musiqi Alətləri”

18 mart 2009-cu il tarixdə Azərbaycan Milli Tarixi Muzeyində Bakı şəhərində “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Muğam üzrə Beynəlxalq Elmi Simpoziumun açılışı mərasimi keçirildi.
ətraflı...


10 noyabr 2006
Tarzən Sadıqcanın 160 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Musiqi Mədəniyyəti Döviət Muzeyində 10 noyabr 2006-cı il tarixdə görkəmli tarzən Sadıqcanın 160 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri ğiriş sözü ilə muzeyin direktoru Alla Bayramova açmışdır.
ətraflı...


18 sentyabr 2006
Üzeyir Musiqi günü

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan professional musiqisinin banisi, alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyovun doğum gününü 18 sentyabr - Üzeyir Musiqi Gününü ənənəvi olaraq qeyd edir.
ətraflı...










Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.