Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi 1967-ci ildә yaradılıb.
Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi
ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.
Muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan
tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri
ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar,
qramofon valları nümayiş etdirilir.
Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun ,
milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan Qara Qarayevin,
Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır
Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir.
Muzeyin həmçinin asağıdakı filialları mövcuddur:
- Xalq calğı alәtlәri daimi sәrgisi
- Niyazinin mənzil-muzeyi
- Vaqif Mustafazadәnin ev-muzeyi
Muzeyin nәzdindә 14 musiqiçini özundә birlәşdirәn “Qәdim Musiqi Alәtlәri Ansamblı” fәaliyyәt gostәrir.
|
|