az | ru | en

16 dekabr 2021


16 dekabr - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı VAQİF MUSTAFAZADƏNİN (16.03.1940-16.12.1979) anım günüdür.
Vaqif Mustafazadə XX əsrin görkəmli caz pianoçularından biri olmaqla yanaşı yaradıcılığı dövründə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil”qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqəsi və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo”) laureatı olmuşdur.
Vaqif Mustafazadə dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etmişdir. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olmuşdur.
Vaqif Mustafazadə qısa, lakin mənalı ömür yaşadı. Onun qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı.
Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.
Bu gün səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və muzeyin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin əməkdaşları Vaqif Mustafazadənin məzarını ziyarət etmişlər.
Anım günü münasibətilə Vaqif Mustafazadənin adını daşıyan 2 saylı 11 illik Uşaq İncəsənət məktəbində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə tədbir keçirilmişdir. Giriş sözü ilə məktəbin direktoru, Əməkdar artist Akif Süleymanbəyli çıxış etmişdir. Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin filialı Vaqif Mustafazadənin Ev Muzeyinin müdiri Afaq Əliyeva çıxış etdilər.
Tədbirdə uzun illər həmin musiqi məktəbinin müəllimi olmuş , Vaqif Mustafazadənin anası Zivər xanım Əliyevanın büstü açılmışdır. Zivər xanımın həmkarları çıxış etdilər. Tədbir Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş Gülsüm xanım Eldarova, Vüsal Aydəmirov, İbrahim Babayev, Cavid Əzizov, Hidayət Sadıxbəyli, “Sevil” vokal ansamblı və musiqi məktəbinin şagirdlərinin ifalarında konsert proqramı ilə davam etmişdir.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.