az | ru | en


6 fevral 2024


QARA QARAYEVİN "ALTI RÜBAİ" ƏSƏRİNİN İLK NƏŞRİ


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 106-cı ildönümü münasibəti ilə QARA QARAYEVİN ÖMƏR XƏYYAMIN SÖZLƏRİNƏ "ALTI RÜBAI, SƏS VƏ FORTEPIANO ÜÇÜN" not məcmuəsi ilk dəfə nəşr etdirmişdir.
Həmin notlar bəstəkarın 80 il əvvəl, 1944-cü il may ayının sonundan iyunun əvvəlinədək yazdığı altı rübaidən ibarət silsilədir. Uzun illər tədqiqat işləri nəticəsində notlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tərəfindən 2015-ci ildə Rusiya Ədəbiyyat və İncəsənət arxivində aşkar olunmuşdur. Notlar kompyuterdə yığılmış və ifa olunmuşdur. İlk dəfə olaraq 2017-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illiyində səsləndirildi.
5 fevral 2024-cü il tarixində Qara Qarayevin Ev Muzeyində bəstəkarın 106 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi QARA QARAYEVİN ÖMƏR XƏYYAMIN SÖZLƏRİNƏ "ALTI RÜBAI, SƏS VƏ FORTEPIANO ÜÇÜN" notunun təqdimatı oldu.
Layihənin müəllifi və elmi redaktoru - Alla Bayramova
Kompüter not qrafikası - Yavər Nemətli
Korrektor - Alla Fyodorova
Not məcmuəsi "Zərdabi Nəşr" MMC Nəşriyyat Poliqrafiya müəssəsində çap olunmuşdur.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.