az | ru | en

1 oktyabr 2023



Dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) Ev Muzeyinin bu il 5 yaşı tamam oldu.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan ev muzeyi bəstəkarın 100 illik yubileyi ilində 2018-ci ilin 1 oktyabr tarixində, Beynəlxalq Musiqi Günündə Nizami küçəsi 49-da açılmışdır. Qara Qarayev ailəsi ilə birgə 1918-1946-cı illərdə bu ünvanda yaşamış, bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini yaratmışdır.
Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları təqdim olunmuşdur.
Qara Qarayevin Ev Muzeyi toplama, tədqiqat və maarif işi ilə məşğul olur. Fəaliyyət göstərdiyi beş il ərzində burada müntəzəm olaraq kamera konsertləri və musiqili görüşlər, təqdimat mərasimləri keçirilir. Uşaqlara öz bacarıqlarını inkişaf etdirmək üçün interaktiv oyunlar təklif olunur.
Qara Qarayev irsinə olan sonsuz maraq buraya həmişə ziyarətçi axını ilə müşayiət olunur. Yerli əhali ilə yanaşı muzeyimizə respublikamızın qonaqları, xarici turistlər də ekskursiya edirlər. Ziyarətçilərin sayı ildən ilə artır və onların muzeydən aldıqları təəssüratlar olduqca müsbətdir.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.