az | ru | en

24 iyun 2023


Muzey kolleksiyaları daha da zənginləşir


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarına dirijor, Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayevin (1925-2006) arxivi daxil olmuşdur.
Nazim Rzayev uzun illər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. O, Azərbaycan bəstəkarlarının əsərlərinin ən fəal təbliğatçısı, rus və Qərbi Avropa klassiklərinin əsərlərinin mahir təfsirçisi olmuşdur.
Arxiv materialları arasında afişalar, proqramlar, bukletlər, fotoşəkillər, not əlyazmaları (kamera orkestri üçün köçürmələr), Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin Əlizadənin hədiyyə yazıları olan nəşr olumuş notlar, qramvallar, diplomlar, fəxri fərman, təbrik açıqçaları, məktublar, teleqramlar, həmçinin şəxsi əşyalar (dirijor çubuğu, qələm və qutusu) vardır.
Arxivi muzeyə dirijorun gəlini, tanınmış musiqişünas Maura Şahbazbəyova məmnuniyyətlə təqdim etmişdir.









Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.