az | ru | en

17 avqust 2023




Bu gün müğənni, Xalq artisti İlhamə Quliyevanın (17.08.1943-25.02.2016) anadan olmasının 80 illiyi tamam olur.
Filoloji təhsil almasına baxmayaraq, müğənninin Tükəzban İsmayılova və tarçalan Həbib Bayramov kimi musiqiçilər ailəsində tərbiyə alması İhamə xanımı gənc yaşlarından oxumağa həvəsləndirmiş və o artıq tələbəlik illərindən universitetinin estrada ansamblında çıxış etmişdir.
O, Azərbaycan Dövlət Televiziyası və Radiosunun estrada orkestrinin (1965-1970), Azərbaycan Dövlət Filarmoniyasının (1970-1980) və Konsert Birliyinin (1980) solisti olmuşdur. O, müxtəlif ölkələrdə qastrol səfərlərinə getmişdir. Orijinal ifa tərzi, özünəməxsus səs tembri, qeyri-adiliyi, temperamenti, effektli xarici görünüşü, nəzəri cəlb edən səhnə imici ilə tamaşaçıları heyran edən İlhamə xanım Azərbaycan estradasının parlayan ulduzlarından idi. Onun sənəti Azərbaycanda və xarici ölkələrdə yüksək qiymətləndirilmiş və İlhamə xanım dövlətimiz tərəfindən "Şöhrət" ordeni ilə təltif edilmişdir. Həmçinin, "Humay", "Qrand", "Beynəlxalq Statuslu sənətçi" (Türkiyə) Beynəlxalq mükafatlara layiq görülmüşdür. İ.Quliyeva aktiv ictimai fəaliyyət göstərmiş, BMT-nin qadın problemləri üzrə icraçı komitəsinin üzvü (2001) və Azərbaycanlıların Ümumdünya Mədəniyyət Mərkəzinin vitse-prezidenti olmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunub saxlanılan İlhamə Quliyevaya aid bəzi materialları Sizə təqdim edirik








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.