az | ru | en

28 sentyabr 2021
REJİSSOR GEORGİ TOVSTONOQOVUN AD GÜNÜ


Bu gün XX əsrin görkəmli rejissorlarından biri, SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Georgi Aleksandroviç Tovstanoqovun (1915-1989) ad günüdür. O, rejissor kimi fəaliyyətə başladığı ilk gündən özünün fərdi təvsir metodları ilə quruluş verdiyi tamaşalarla teatr sevərlərin, mütəxəssis və tənqidçilərin diqqəti cəlb etmişdir. Görkəmli rejissor istər klassik, istərsə də, çağdaş müəlliflərin əsərlərinin maraqlı səhnə yozumunun əldə olunması üçün tamaşanın musiqisinə xüsusi önəm verməklə, bir çox bəstəkarlarla əməkdaşlıq etmişdir. Onlar içərisində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev də vardır. Bəstəkar 1955-ci ildə Puşkin adına Leninqrad Dram Teatrında (indiki Aleksandrinka) G.Tovstonoqovun quruluş verdiyi V.Vişnevskinin “Nikbin faciə” və 1969-cu ildə Qorki adına Leninqrad Böyük Dram Teatrında isə (hal hazırda G.Tovstonoqov adına) V.Şekspirin “Kral IV Henri” tamaşalarına musiqi yazmışdır. Hər iki tamaşanın quruluşu SSRİ teatr məkanında əlamətdar hadisəyə çevrilmişdir.







Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.