az | ru | en

24 avqust 2023

ZƏHRA QULİYEVA


Bu gün tanınmış skripkaçı, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Zəhra xanım Quliyevanın doğum günüdür.
Zəhra Quliyeva mahir skripkaçı kimi yalnız respublikamızda deyil, dünyanın ən məşhur konsert salonlarında uğurlu çıxışları ilə əsl professional ifa nümayiş etdirən tanınmış sənətkardır. Onun repertuarında Azərbaycan və dünya klassiklərinin əsərləri mühüm yer tutur. Zəhra Quliyeva gözəl pedaqoqdur. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirərək skripka kafedrasında ifaçılıq sinfi ilə yanaşı, "Skripka sənəti tarixi" fənnindən mühazirələr də oxuyur. İlk dəfə Azərbaycan dilində "Skripka sənəti tarixi" dərsliyini məhz Zəhra xanım qələmə almışdır. Zəhra Quliyevanın bu zəngin yaradıcılığından bəhrələnən tələbələri həm ölkəmizdə, həm də dünyanın musiqi həyatında fəal iştirak edirlər.
Zəhra Quliyeva Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. O, mütəmadi olaraq muzeydə və filiallarımızda keçirilən tədbirlərdə iştirak və çıxışlar etmiş, həmçinin bədii rəhbəri olduğu "Detaşe" violin ansamblının muzeydə konsertləri böyük maraqla qarşılanmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Zəhra xanımı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət, davamlı yaradıcılıq uğurları arzulayır.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.