az | ru | en

28 mart 2024


"SƏNƏTİNİN ARİFİ" KİTABININ TƏQDİMAT MƏRASİMİ


28 mart 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində tanınmış violin ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Arif Manaflı ilə görüş və "Sənətinin Arifi" kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü tədbiri açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova Arif Manaflının həyat və yaradıcılıq yolu haqqında çıxış etmişdir. Onun çıxışı Arif Manaflının yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Görüşdə bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, F.Əmirov adına 11 illik İncəsənət Məktəbinin direktoru, Əməkdar müəllim Adilə Yusifova, bəstəkar, Xalq artisti, Ü.Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov, bəstəkar, professor, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə Arif Manaflı haqqında ürək sözləri, təbrikləri ilə çıxış etdilər. Görüşdə Arif Manaflının Azərbaycan və Türkiyə musiqi mədəniyyətinin inkişafındakı rolu, həyat yolu, yaradıcılıq portretinə nəzər salınmış, onun qardaş Türkiyədə Azərbaycan bəstəkarları ilə yanaşı, xalq musiqisi nümunələrin də təbliğindəki rolundan söhbət açılmışdır.
Muzeyin direktoru Alla Bayramova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşrləri olan not kitablarını Arif Manaflıya hədiyyə etmişdir. Arif Manaflı da öz növbəsində yaradıcılığını əks etdirən afişaları, ifaları olan CD disklərini, fotoşəkillərini muzeyə hədiyyə etmişdir.
Daha sonra Arif Manaflı tədbir iştirakçılarının suallarını cavablandırmış, Azərbaycan bəstəkarları ilə yaradıcılıq əlaqələri haqqında danışmış, Maestro Niyazi haqqında xatirələrini bölüşmüşdür. Kitabın müəllifi, musiqişünas, Azərbaycan Milli Konservatoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fazilə Nəbiyeva çıxış edərək yaradıcılıq prosesi haqqında danışmış, qonaqlara təşəkkürünü bildirmişdir.
Tədbirdə Arif Manaflının virtuoz musiqi ifalarından ibarət videoyazılar nümayiş olunmuş, F.Əmirov adına 11 illik İncəsənət Məktəbinin şagirdlərinin ifalarında musiqi proqramı səslənmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.