az | ru | en

17 mart 2024


"Yurdumuza bahar gəlir"


Yurdumuza Bahar gəlib. Novruz bayramı insanların birgə yaşayışa, dostluq və həmrəyliyə, bolluğa və firavan həyata səfərbər edən mərasimlər, adət-ənənələr, nəğmələr, oyun və tamaşalarla zəngin olub, yüksək mənəvi, əxlaqi dəyərlərə malikdir. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək olsun!!!
17 mart 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinnin filialı olan Niyazinin Mənzil muzeyində Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbini ilə birgə 2024 - "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş tədbirlər çərçivəsində Novruz bayramına həsr olunmuş "Bahar. Ana. Vətən" adlı konsert keçirilmişdir.
Konsertdən sonra məktəblilərə Maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında məlumat verilmiş, ekskursiya aparılmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinnin şöbə müdiri Xanım Abdinova xalqımızın ən əziz bayramı, milli adət-ənənələri haqqında çıxış etdi.
Xırdalan şəhər Onbirillik Musiqi Məktəbininin müəllimləri Sevinc İbrahimova və Ofeliya Osmanovanın rəhbərliyi ilə məktəbin şagird və müəllimlərinin ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng, bayram əhval-ruhiyyəli konsert proqramı, bədii-musiqili kompozisiya təqdim edildi. Musiqi ifaları bahar mövzusunda videogörüntülərlə müşayiət olundu. Gənc istedadların hazırladıqları musiqili bayramdan ilhamlanan qonaqlar da rəqslərə qoşuldu.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.