az | ru | en

16 mart 2024


VAQİF MUSTAFAZADƏ - 84


16 mart 2024-cü il tarixində V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyi ilə birgə görkəmli bəstəkar, pianoçu və caz muğamının banisi Vaqif Mustafazadənin 84 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Akif Süleyman, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Vaqif Mustafazadənin Ev Muzeyinin müdiri Afaq Əliyeva giriş sözü ilə çıxış etdilər.
V.Mustafazadə adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət geniş konsert proqramı təqdim olundu. Bəstəkar, professor, Əməkdar incəsənət xadimi Elnara Dadaşova görkəmli cazmen haqqında xatirələrini bölüşdü, pianoçu, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar artisti və V.Mustafazadə adına Xeyriyyə Fondunun vitse-prezidenti Emil Əfrasiyab ürək sözləri ilə çıxış edərək gənc istedadları təbrik etdi.
Tədbir iştirakçıları muzeyin fondunun və arxiv materialları əsasında təşkil olunmuş V.Mustafazadənin yaradıcılığı ilə bağlı sərgi ilə tanış oldular.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.