az | ru | en

24 fevral 2024


"Qara Qarayevin violin konserti dünya musiqi mədəniyyəti kontekstində" kitabının təqdimatı


24 fevral 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Bakı Müasir Musiqi Cəmiyyəti ilə birgə sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin "Qara Qarayevin violin konserti dünya musiqi mədəniyyəti kontekstində" kitabının təqdimatı keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova tədbirdə giriş sözü ilə çıxış etmişlər.
Yavər Neymətli müəllifi olduğu kitab üzərində işi, apardığı araşdırmalar, əldə olunan maraqlı faktlar, arxiv materialları, topladığı rəylər haqqında məlumat vermişdir, onun çıxışı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan, Rusiya, Ukrayna, Estoniya və başqa respublikaların arxivlərindən əldə olunmuş materiallar əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Təqdimat zamanı Qara Qarayevin 60 illiyi münasibətilə çəkilmiş "Emalatxana" sənədli filmindən, "Violin və orkestr üçün Konsert"dən videofraqmentlər nümayiş olunmuşdur.
Tədbirdə "Qara Qarayevin violin konserti dünya musiqi mədəniyyəti kontekstində" kitabının elmi redaktoru, musiqişünas alim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, kitabın rəyçisi, bəstəkar, professor, Əməkdar incəsənət xadimi Elnara Dadaşova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, "Mədəniyyət/ Culture" jurnalının baş redaktoru Zöhrə Əliyeva çıxış etmiş, müəllifi təbrik etmişlər.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.