az | ru | en

22 fevral 2024


SÜLEYMAN ƏLƏSGƏROV - 100
(22.02.1924-21.01.2000)


Bu gün görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, Xalq artisti, professor "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 yaşı tamam olur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır. Tədbirdə Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova, muzeyin direktor müavini, Süleyman Ələsgərovun tələbəsi olmuş Təranə Zeynalova öz xoş xatirələri, ürək sözləri ilə çıxış etdilər. S.Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin Fortepiano İxtisası üzrə müəllimi Sevda Qurbanzadə Süleyman Ələsgərovun həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər, pedaqoji fəaliyyəti haqqında çıxış etmişdir. Tədbir Sevda Qurbanzadənin sinifinin şagirdlərinin ifalarında S.Ələsgərovun, Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam etmişdir.
Musiqi ifaları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.