az | ru | en

15 dekabr 2023




15 dekabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində III Azərbaycan Vokalçıları Beynəlxalq Festivalı çərçivəsində "Klassik vokal ifaçılığı və onun əsasları" konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova "Azərbaycan vokalçılarının arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində" mövzusunda çıxış etmişdir. Onun çıxışı muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov "Azərbaycan bəstəkarlarının yaradıcılığında vokal musiqisi" haqqında danışmışdır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Xuraman Qasımova Azərbaycanda vokal sənətinə maraq, diqqət haqqında çıxış etmiş, yaradıcılıq yolundan danışmış, vokalçılara arzu və təkliflərini bildirmiş, festivalın işinə uğurlar diləmişdir. Azərbaycan Respublikasının Əməkdar artisti,Azərbaycan Milli Konsevatoriyasının "Milli vokal" kafedrasının baş müəllimi Zenfira İsmayılova "Azərbaycan milli vokal sənətində soprano ifaçılığının üslübları və ənənələri" haqqında çıxış etmişdir.
Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək, festivalın işinə uğurlar diləmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.