az | ru | en

3 noyabr 2023

"SƏNƏ SƏNİ İFA EDƏRƏM"


3 noyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 noyabr - Zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbir iştirakçıları şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla bir dəqiqəlik sükutla yad etmişlər.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva "8 Noyabr - Şanlı zəfər tariximiz" mövzusunda çıxış etmişdir. Onun çıxışı II Qarabağ müharibəsində, 2022-2023-cü illərin sentyabr döyüşlərində şəhid olan igidlərimizin adları və şəkillərindən ibarət videoçarxlarla müşayiət olunmuşdur.
Daha sonra söz Türkiyədə fəaliyyət göstərən tanınmış Azərbaycan klinik musiqi terapevti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullayevaya verilmişdir. O, Zəfər günü ərəfəsində Azərbaycan torpaqlarının azad olunması uğrunda şəhid olmuş qəhrəman oğullarımızın ailələrinə mənəvi dəstək məqsədi ilə "Sənə səni ifa edərəm" adlı musiqi terapiyası adlı məşğələ keçirmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.