az | ru | en

4 oktyabr 2023

ÇİNGİZ HACIBƏYOV - 110


4 oktyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda tanınmış Azərbaycan dirijoru, Əməkdar incəsənət xadimi Çingiz Hacıbəyovun 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Bununla əlaqədar səhər saatlarında muzey əməkdaşları II Fəxri Xiyabanda Çingiz Hacıbəyovun məzarını ziyarət etmişlər. Daha sonra tədbir Niyazinin Mənzil Muzeyində davam etmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova giriş sözü ilə açmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Hacıbəyovlar nəslinin musiqi mədəniyyətimizdəki əvəzolunmaz xidmətləri, Çingiz Hacıbəyovun yaradıcılıq yolu haqqında çıxış etmişdir. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Çingiz Hacıbəyovun musiqi tariximizdəki yeri haqqında danışmış, onun ailəsi ilə bağlı xatirələrini bölüşmüşdür. Onların çıxışları muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Xalq artisti Ülviyyə Hacıbəyova (f-no), Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Fidan Muxtarova, Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (violin), Arzu Səfərovanın(f-no) ifalarında konsert proqramı təqdim olunmuşdur. Şairə Nazlı Yazar Maestro Niyazi və Çingiz Hacıbəyova həsr etdiyi şeiri ilə çıxış etmişdir. Sonda Çingiz Hacıbəyovun qohumu Sahib Qədimov xatirələri ilə çıxış etdi, tədbirin təşkilinə görə muzeyə minnətdarlığını bildirdi.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.