az | ru | en

3 oktyabr 2023

Beynəlxalq Musiqi Günü


3 oktyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin Ev Muzeyinin yaradılmasının 5-ci ildönümü və 1 Oktyabr - Beynəlxalq Musiqi Günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva fəaliyyət göstərdiyi beş il ərzində muzeydə görülən işlər, əldə olunan nailiyyətlər və yeni materiallar barədə məlumat verdi. Züleyxa xanım bu yaxınlarda Yaponiyada "Zen-on Music" nəşriyyatında işıq üzü görmüş və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş notları: Qara Qarayevin "Simli kvartet"i, "Yeddi gözəl" baletindən süita və "Don Kixot" simfonik qravürlərinin partituralarını tədbir iştirakçılarına təqdim etdi.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, musiqişünas, jurnalist, pedaqoq Raya Abbasova, bəstəkar, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşova görkəmli bəstəkar Qara Qarayev haqqında xatirələrini bölüşmüş, muzeyə fəaliyyətində böyük uğurlar arzu etmişlər. Bütün çıxışlar Qara Qarayevin Ev Muzeyinin fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Bədii hissədə Respublika və Beynəlxalq müsabiqələr laureatları Anar Seyidov (violin), Cəmalə Abdinzadənin (f-no)ifalarında musiqi proqramı təqdim olunmuş, Qara Qarayevin "Skripka ilə Simfonik Orkestr üçün Konsert"-dən videoyazı nümayiş edilmişdir.
Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzey əməkdaşlarını təbrik etdi, Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Qarayevaya, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalovaya və elmi işçi Lətifə Məmmədovaya Həmkarlar Komitəsi adından pul mükafatı təqdim etdi.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.