az | ru | en

25 sentyabr 2023

"NİYAZİ XATİRƏLƏRDƏ"


25 sentyabr 2023-cü il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşri olan "Niyazi xatirələrdə" kitabının təqdimatı keçirilmişdir.
Heydər Əliyev İli və 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü çərçivəsində yenicə nəşr olunmuş "Niyazi xatirələrdə" kitabı musiqi ictimaiyyəti və musiqisevərlər üçün bir töhfədir.
Bu nəşrdə görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanı, Dövlət mükafatları və Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı Niyazi Tağızadə-Hacıbəyov (1912-1884) haqqında 1987-ci ildə rus dilində işıq üzü görən "Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar" kitabının ("Ìàýñòðî Íèÿçè. Âîñïîìèíàíèÿ, ñòàòüè, ïèñüìà" kitabı, tərtibçilər Həcər xanım Hacıbəyova və Əsildar Hüseynov, Bakı: "İşıq"nəşriyyatı – 279 s. ) "Xatirələr" bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.
Layihə rəhbəri və elmi redaktoru Alla Bayramova olan kitabda Ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışında söylədiyi nitqi, görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı Rusiyadan, Türkiyədən, Gürcüstandan olan mədəniyyət xadimlərinin xatirələri yer almışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Maestro Niyazinin 90 illik yubileyində çıxışının videoyazısı ilə başlamışdır.
Təqdimat mərasimində kitabda xatirələri yer alan tanınmış mədəniyyət xadimləri: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Xuraman Qasımova çıxış etdilər. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Maestro Niyazinin qohumu Sahib Qədimov, Əməkdar artist Nuriyyə Hüseynova xatirələrini bölüşdü, görülən işə görə muzeyə təşəkkürlərini bildirdilər.
Bədii hissədə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova (f-no), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılova (vokal), Azərbaycan Dövət Akademik Filarmoniyasının və Dövlət Hərbi Orkestrinin solisti Fəxri Kazım-Nicat (vokal), Qədim Musiqi Alətləri Ansamblının (ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifov) və ansamblın solistləri Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən, xalq mahnılarından ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.