az | ru | en

17 avqust 2023

"KÖRPƏLƏR ÜÇÜN MUSİQİ TƏCRÜBƏSİ" ADLI SEMİNAR


17 avqust 2023-cü il Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Körpələr üçün musiqi təcrübəsi" adlı seminar keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Sonra söz italyan musiqi pedaqoqu, bəstəkar və müəllif, Florensiya şəhərindəki Uffizi Muzeyinin Müasir İncəsənət Qalereyasında təhsil layihələrinin rəhbəri Arnolfo Borsakkiyə (Arnolfo Borsacchi) verilmişdir.
"Körpələr üçün musiqi təcrübəsi" adlı seminarda Arnolfo Borsakki ailələr və muzeylər arasında daha güclü əlaqələrin yaradılması, nəzərdə tutulmuş konsepsiyaları, ideyaları və fikirləri bölüşmək, körpələr, uşaqlar və ailələr üçün layihələrin təşkilindən danışacaq, onun çıxışı bu mövzuda slayd-şou ilə müşayiət olunmuşdur.
Seminarda "Bənövşə" uşaq xoru (bədii rəhbər Zülfiyyə İbrahimova) musiqi proqramı ilə çıxış etmişdir.
Seminara erkən yaşlardan öz övladlarının musiqi təlimi və tərbiyəsi ilə məşğül olmaq istəyən valideyinlər, musiqi muzeylərinin əməkdaşları və azyaşlıların musiqi təhsili ilə məşğul olan müəllimlər dəvət edilmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.