az | ru | en

14 iyun 2023


MİLLİ QURTULUŞ GÜNÜ


14 iyun 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin direktor müavini Təranə Zeynalova "Milli Qurtuluş günü - Ulu öndərə əbədi ehtiramla" mövzusunda çıxış etmişdir. Tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti Vasif Allahverdiyevin "Heydər Əliyev - Ömür Yolu" simfonik poemasının film versiyası nümayiş olundu. Simfonik poemanın 20 dəqiqəlik film versiyasında əsər Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunub.
Tədbir Azərbaycan bəstəkarlarının Ümummilli lider Heydər Əliyevə həsr etdiyi əsərlərdən ibarət videokonsertlə davam etmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.