az | ru | en

27 may 2023


ASLAN MƏMMƏDLİ - 70


27 may 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Elm Çırağı" İctimai Birliyinin təşkilatçılığı ilə "Elm və Musiqi" adlı konfranslar silsiləsindən tanınmış alim, linqvist, professor Aslan Məmmədlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə "Elm Çırağı" İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Naidə Məmmədxanova giriş sözü ilə çıxış etdi. Daha sonra Aslan Məmmədlinin yetirmələri olan yüksək ixtisaslı filoloq, dilçi alimlər, ölkənin dövlət və ictimai xadimləri onun haqqında xatirələrini, ürək sözlərini bölüşdülər.
Bədii hissədə tanınmış musiqiçilər, Respublika və Beynəlxalq müsabiqə laureatlarının ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq musiqisindən ibarət konsert proqramı təqdim olundu, slayd-şou və videoçarx nümayiş edildi.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.