az | ru | en

19 may 2023




19 may 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə "Heydər Əliyev ili"nə həsr olunmuş tədbirlər silsiləsindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş İxtisas fortepiano kafedrasının növbəti konserti keçirilmişdir.
Konsert proqramında Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səslənmişdir. İfalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış "Heydər Əliyev və mədəniyyətimiz" mövzusunda slayd-şou ilə müşayiət olunmuşdur. Tədbir iştirakçıları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" adlı sərgi ilə tanış olmuşlar.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.