az | ru | en

16 may 2023




16 may 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq artisti Rauf Hacıyevin doğum gününə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu, əvəzsiz xidmətləri haqqında çıxışlar olunmuş, Rauf Hacıyevin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur.
Konsert proqramında məktəbin müəllim və şagirdləri, xor kollektivi, skripkaçalanlar ansamblının ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.