az | ru | en

4 may 2023

HEYDƏR ƏLİYEV - 100


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilmişdir.
4 may 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" adlı sərgi nümayiş olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açmış, "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou və Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Qədim Musiqi Alətləri Ansamblı ilə görüşü zamanı çəkilmiş sənədli videokadrlar nümayiş olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.