az | ru | en

5 aprel 2023

S.V. RAXMANİNOV - 150
Q.QARAYEV - 105


5 aprel 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə muzeyin Klassik Musiqi Həvəskarları Klubunda məşhur bəstəkar, pianoçu və dirijor S.V. Raxmaninovun 150 illik yubileyinə və görkəmli Azərbaycan bəstəkarı, pedaqoq və musiqi xadimi, SSRİ Xalq artisti Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsert proqramında Bakı Musiqi Akademiyasının professor - müəllim heyəti və tələbələrinin ifalarında Qara Qarayevin, Sergey Raxmaninovun, Fərəc Qarayevin, Xəyyam Mirzəzadənin, İsmayıl Hacıbəyovun əsərləri təqdim olundu. Musiqi ifaları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından slayd-şou və fotomaterialların nümayişi ilə müşayiət edildi.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.