az | ru | en

1 aprel 2023




1 aprel 2023-cü il tarixində görkəmli rus bəstəkarı pianoçu, dirijor Sergey Raxmaninovun (01.04.1873-28.03.1943) anadan olmasının 150 ili tamam olur.
Bu münasibətlə S.Raxmaninovun əsərlərini ifa etməyi arzulayan musiqi təhsili alan tələbələri muzeyimizə dəvət etdik. Çağırışımızı məmnuniyyətlə qəbul edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri gün ərzində sevimli bəstəkarın əsərlərini səsləndirdilər. Gənc istedadların ifaları muzeyin ziyarətçiləri tərəfindən böyük maraq və zövqlə qarşılandı.
Bununla yanaşı ekranda muzeyimizin materialları əsasında hazırlanmış və görkəmli bəstəkarın əsərlərindən səs yazılarının müşayiəti ilə "S.Raxmaninov musiqisi Azərbaycanda" slayd-şousu nümayiş olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.