az | ru | en

17 mart 2023

CANƏLİ ƏKBƏROV - 83


17 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək" İctimai Birliyi ilə birgə professor, Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli xanəndə Canəli Əkbərova həsr olunmuş xatirə gecəsi keçirildi.
Xatirə gecəsində milli muğam sənətinin görkəmli nümayəndəsi Canəli Əkbərovun məşhur ustad sənətkarlarımızın yanında keçdiyi sənət məktəbi, uğurlu yaradıcılıq yolu, milli musiqi mədəniyyətimizin inkişafı və təbliği yolundakı nailiyyətləri haqqında danışıldı, ona həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş olundu. Canəli Əkbərovun sənət dostları, muğam ifaçıları, musiqiçilər, ailə üzvləri sevimli xanəndə ilə bağlı xatirələrini bölüşdü. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Canəli Əkbərovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.
Tədbir Canəli Əkbərovun tələbələri olan gənc xanəndələrin ifalarında musiqi proqramı ilə davam etdi.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.