az | ru | en

16 mart 2023

Bahar gəlir konserti


16 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Bahar gəlir" konserti keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçıları xalqımızın qarşıdan gələn birlik, həmrəylik, bərəkət bayramı olan Novruz münasibətilə təbrik çıxışı etdi.
Muzeyin şöbə müdiri Ülviyyə Şəmmədova xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramı haqqında danışdı.
Daha sonra tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət "Bahar gəlir" adlı rəngarəng konsert proqramı ilə davam etdi.
Konsert ifaları bahar mövzusunda fotoşəkillər, filimlərdən fraqmentlər və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından ibarət slayd-şou ilə müşayiət olundu.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.