az | ru | en

26 yanvar 2022


Dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev yaradıcılığının zirvəsi olan baletlərinin bu il yubiley ildönümləridir. Onun Nizami Gəncəvinin “Yeddi gözəl”(1197) poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” baletinin 70 və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletinin 65 yaşı tamam olur.
25 yanvar 2022-ci il tarixində musiqi həyatımızın bu əlamətdar hadisəsi münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “Qara Qarayev baletlərinin yubileyləri”: “Yeddi gözəl -70”, “İldırımlı yollarla -65” tədbiri keçirilmişdir.
Giriş sözü ilə tədbiri muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Musiqişünas və jurnalist Raya Abbasova Qara Qarayev baletlərinin yarandığı və tamaşaya qoyulduğu vaxtdan bu günə qədər qazandığı səhnə uğurları və geniş coğrafiyası haqqında çıxış etmişdir. Çıxış zamanı Qara Qarayev baletlərinin müxtəlif illərdəki tamaşalarının səhnələrindən fotolar, Moskva, İsveç, Türkiyə və b. teatrlardakı tamaşalarının rəngarəng səhnə dekorasiyalarının, geyimlərinin eskizlərinin videonümayişi təqdim olunmuş, “Balet, ömrüm mənim”, “Emalatxana” sənədli filmlərindən fraqmentlər nümayiş olunmuşdur.
Daha sonra tədbirin qonaqları, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, "Yeddi gözəl" baletində Bizans gözəli rolunun ifaçısı Cəmilə Kərimova çıxış etmişlər. Tədbirdə həmyerlilərimiz, Azərbaycan və Rusiya respublikalarının Əməkdar artisti, “Rus baleti” Teatrının art direktoru Vitali Axundov, məşhur balet tənqidçisi, “Balet” jurnalının müxbiri, “Pro tanets” jurnalının icmalçısı Aleksandr Maksov canlı bağlantı və videoçıxışla iştirak etmişlər etmişlər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, musiqişünas-jurnalist Raya Abbasova, Tahir Salahovun Ev Muzeyinin direktoru Səadət Mirzəyeva muzeyə kitablar, afişa, fotoşəkillər hədiyyə etmişdir.
Tədbirin qonaqları Azərbaycan Musiqi ictimaiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi İqor Petroviç Yeronin, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və b. olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.