az | ru | en

25 iyun 2020
Elnarə Dadaşovanın ad günüdür




Bu gün Azərbaycan bəstəkarı, Xalq artisti, professor Elnarə Dadaşovanın ad günüdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Elnarə xanımı ad günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, böyük yaradıcılıq uğurları arzulayır.
Elnarə Dadaşova müxtəlif janrlarda 100-dən artıq əsər yazmışdır. Bəstəkarlığın sirlərini isə Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevdən öyrənmişdir. Milli prinsiplərə əsaslanan müasir musiqi dilində əsərlərin yazılması ona məhz Qara Qarayevdən miras qalmışdır. Elnarə Dadaşovanın fortepiano əsərləri onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini təşkil edir.
Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.
Bəstəkarın əsərləri ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya kimi ölkələrin konsert salonlarında səsləndirilmişdir. Xarici ölkə təşkilatları Elnarə Dadaşovanın yaradıcılığına yüksək qiymət vermiş, onun əsərlərinin ifasını İtaliyada "Donna In Muzika" təşkilatının xətti ilə yayımlanmasını təmin etmişlər.
Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E. Dadaşova, həmçinin "Polifoniya", "Solfecio" üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.