az | ru | en

17 aprel 2019
Zülfüqar Hacıbəyov - 135




17 aprel 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrının yaradıcılarından biri olan Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunmuşdur.
Niyazinin Mənzil Muzeyinin filial müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında çıxış etmişdir. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzey materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Azərbaycan Respublikasının Xalq artisti, Canəli Əkbərov Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Aşıq Qərib partiyasında çıxış etdiyi və maestro Niyazinin onun yaradıcılığında əvəzsiz yeri haqqında məlumat vermişdir.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artist Elxan Mansurovun müşayiəti ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Səbuhi İbayevin ifalarında “Aşıq Qərib” operasından duet ifa edilmiş, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyovanın, Azərbaycan Dövlət Fortepiano Triosunun (Əməkdar artistlər, Töhfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Aslan Carçılının ifalarında Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Soltan Hacıbəyovun əsərlərindən konsert proqramı təqdim olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.