az | ru | en

12 sentyabr 2018
“TAHİR SALAHOV: MUSİQİÇİLƏRİN PORTRETLƏRİ”


12 sentyabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində SSRİ Xalq rəssamı, Sosialist Əməyi QəhrəmanıTahir Salahovun yaradıcılığına həsr olunmuş ''Tahir Salahov: Musiqiçilərin portretləri" tədbiri keçirilmişdir.
Azərbaycan rəssamlıq məktəbinin inkişafında və beynəlxalq səviyyədə yüksəlməsində Tahir Salahov yaradıcılığının payı əvəzolunmazdır. Görkəmli Azərbaycan rəssamı təkcə yaşadığı Rusiyada deyil, bütün dünyada Azərbaycan rəssamlıq sənətinin fəal təbliğatçısıdır. 90 illik yubileyi ərəfəsində Tahir Salahov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin də qonağı olmuşdur. Görüş zamanı muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, musiqişünas–jurnalist Raya Abbasova, Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Melikova, Tahir Salahovun ev muzeyinin direktoru Səadət Mirzəyeva çıxış etmişlər. Çıxışlar Tahir Salahovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tahir Salahovun çoxsaylı obrazları arasında bəstəkarların, incəsənət xadimlərinin də əsərləri mühüm yer tutur. Bədii hissədə Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın, Azərbaycanın Əməkdar artistı Nərgiz Kərimovanın, Beynəlxalq və Respublika Müsabiqələri laureatları Nərminə İsmayılova və Maqsud Musazadənin ifalarında Tahir Salahovun portretlərini işlədiyi görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur. Konsert rəssamın, bəstəkarların və rəsm əsərlərinin fotoları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Tahir Salahovun haqqında çəkilmiş sənədli filimlərdən fraqmentlər nümayiş olunmuşdur.
Sonda görkəmli rəssam Tahir Salahov çıxış edərək muzeyə minnətdarlığını bildirmiş, Azərbaycanin ədəbiyyat və incəsənət xadimləri ilə çiyin–çiyinə çalışaraq doğma xalqına xidmət etdiyi üçün xoşbəxt olduğunu söyləmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.