az | ru | en

22 sentyabr 2017
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin 50 illik yubileyi



22 sentyabr 2017-ci il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Üzeyir Musiqi Günü” çərçivəsində muzeyin 50 illik yubileyini qeyd etmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva çıxış etmişdir. Muzeyin direktoru Alla Bayramovanın Rusiya Ədəbiyyat və İncəsənət arxivində aşkar etdiyi Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı ilk dəfə Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva və opera müğənnisi, əməkdar artist İnara Babayevanın ifalarında ilk dəfə təqdim olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış edərək muzeyin 50 illik uğurlu fəaliyyət yolu və nailiyyətləri barədə çıxış etmişdir. Bütün çıxışlar muzeyə gələn videotəbriklər çarxı ilə müşayiət olunmuşdur. Görkəmli opera müğənnisi, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı Bülbülün 120 illik yubileyi münasibəti ilə Bülbülün Xatirə Muzeyinin direktoru Fərqanə Cabbarova onun həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Onun çıxışı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə təbriklə Əməkdar İncəsənət xadimi, Əməkdar Elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik Zemfira Səfərova, Xalq Rəssamı Arif Hüseynov, İCOM-un Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Konservatoriyası “Milli musiqi alətlərinin təkmilləşməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, musiqi alətləri üzrə mütəxəssis Məmmədəli Məmmədov, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova Bakı Musiqi Akademiyasının baş müəllimi Gülnarə Əhmədzadə çıxış etmişlər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından şöbə müdiri Əfsanə Gülməmmədova muzey əməkdaşlarına Fəxri Fərman və pul mükafatı təqdim etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistləri, Əməkdar artist Fərid Əliyevin, Əməkdar artist İlahə Əfəndiyevanın, Əməkdar artist Cahangir Qurbanovun, Aysel Məlikovanın, muzeyin Qədim Musiqi Alətləri Ansamblı və solistləri Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanovun, Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyevanın, Əməkdar artist İnara Babayevanın, Bakı Musiqi Akademiyasının magistri Abbas Abdullazadənin, Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası Yuliya Heydərovanın, gənc müğənni Rüfət Piriyevin, Türkel Tarıqpeymanın, Seyidxanım Babayevanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət Hacıyevin, Asəf Zeynallının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.