az | ru | en

29 noyabr 2016
Həbib Bayramov - 90



29 noyabr 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli tarzən, Azərbaycan Respublikasının Xalq artisti Həbib Bayramovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova adını tar ifaçılığı sənətinə qızıl hərflərlə yazmış unudulmaz tarzən Həbib Bayramovun muzeydə mühafizə olunan və 20 ildən çox susan tarının məhz onun 90 illik yubiley tədbirində səslənməsini vurğulamışdır. Muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçısı, Bakı Musiqi Kollecinin müəllimi Davud Abdullayev Həbib Bayramovun repertuarından “Xaric segah” ifa etmişdir.
Sonra muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova Həbib Bayramovun həyatından, sənət yolundan, tar ifaçılığı sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov, Milli Konservatoriyanın professoru, Xalq artisti Fəxrəddin Dadaşov, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Xalq artisti, professor Möhlət Müslümov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Mirnazim Əsədullayev, Xalq artisti, Əməkdar incəsənət xadimi, dirijor Ağaverdi Paşayev, Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov Həbib Bayramov haqqında xatirələri, ürək sözləri ilə çıxış etmişlər. Muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçısı, Bakı Musiqi Kollecinin müəllimi Davud Abdullayev, ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar artist Firuz Səxavət, Rüfət Həsənov (tar), Natiq Nailov (nağara) musiqi nömrələri ifa etmişlər.
Tədbirdə “Tarın həbibi: Həbib Bayramov-90” sənədli filmi nümayiş olunmuşdur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış “Həbib Bayramov-90” adlı fotosərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.