az | ru | en

4 iyun 2014
Lütfiyar İmanov – 85


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi görkəmli opera müğənnisi, SSRİ xalq artisti Lütfiyar İmanovun anadan olmasinin 85 illiyinə həsr olunmuş tədbir keçirmişdir. Tədbir 4 iyun 2014-cü il tarixində Niyazinin mənzil muzeyində olmuşdur.
Tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açmışdır. Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Lütfiyar İmanovun həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Onun çıxışı muzey materialları əsasında hazırlanmiş Lütfiyar İmanovun həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət edilmişdir. Tədbirdə Lütfiyar İmanovun ailə üzvləri, Azərbaycan Respublikasının xalq artistləri Xuraman Qasımova, Canəli Əkbərov, Dünya Azərbaycanlılarının həmrəylik cəmiyyətinin prezidenti və dostu Tofiq Əlizadə müğənni haqqında xatirələrini söyləmişlər. Lütfiyar İmanovun iştirak etdiyi "Koroğlu", "Vaqif", "Otello" operalarından videogörüntülər nümayiş edilmişdir. Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Muzeyin foyesində Lütfiyar İmanovun həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış fotosərgi nümayiş olunmuşdur. Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşdur.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.