az | ru | en

29 oktyabr 2026

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib


Oktyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın, dosentlər Gülnarə Mirzəyeva və Nərgiz Salmanlının tələbələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Muzeyin şöbə müdiri Əzirə Abdullayeva çıxışında 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətindən və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bəhs edib.
Tədbirin bədii hissəsində respublika və beynəlxalq müsabiqələrin laureatları Səma Mustafayeva, Cahan Tağızadə, Aişə Fətəliyeva, Nərgiz Rəsulova, Şəhla Yusibova, Gülgün Abdullazadə, Maya İsmayıllı, Rasimə Abdullayeva, Leyla Balayeva, Alisa Elagina və Əli Vəliyev çıxış ediblər.
Konsert proqramında ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini təqdim ediblər və onların ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova müəllim və tələbələrə təşəkkürünü bildirib və tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.