az | ru | en

28 oktyabr 2026

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dövlət standartları qəbul edilmiş yeni kamança növlərinin təqdimatı keçirilib


Oktyabrın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dövlət standartları qəbul edilmiş "Qoşa çanaq bas kamança" və "Qoşa çanaq kontur kamança"nın, eləcə də 1/4, 2/4, 3/4, 4/4 ölçülü və bəm kamança musiqi alətlərinin təqdimatı keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın adından muzeyin direktor müavini Təranə Zeynalova tərəfindən layihənin rəhbəri, Azərbaycan Milli Konservatoriyasının "Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının müdiri, fəlsəfə doktoru Məmmədəli Məmmədova təşəkkürnamə təqdim olunub və 75 illik yubileyi münasibətilə təbrik edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktor müavini Təranə Zeynalova qonaqları salamlayıb, təqdim olunan yeni milli musiqi alətləri haqqında məlumat verib.
Daha sonra layihənin rəhbəri Məmmədəli Məmmədov çıxış edərək yeni musiqi alətlərinin yaradılması, texniki xüsusiyyətləri və ifa imkanları barədə danışıb. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, elmi işlər üzrə prorektoru və "Konservatoriya" elmi jurnalının baş redaktoru Lalə Hüseynova, filoloq, tərcüməçi və muzeyşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Tərəqqi" medalı laureatı, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnistitutunun Musiqi tarixi və nəzəriyyə şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas alim Sehranə Kasimi, eləcə də layihəyə mənəvi və maliyyə dəstəyi göstərən Müşfiq Məmmədli çıxış ediblər.
Daha sonra Kamran Məmmədov atası Məmmədəli Məmmədovla bağlı fotoşəkil və rəsm əsərini muzeyə hədiyyə edib.
Tədbirin bədii hissəsində "Miras" ansamblının ifasında musiqi nömrələri təqdim olunub.
Tədbir çərçivəsində Məmmədəli Məmmədovun elmi və yaradıcılıq fəaliyyətini, eləcə də milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi sahəsində gördüyü işləri əks etdirən slayd-şou nümayiş olunub.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.