az | ru | en

27 oktyabr 2026

Vaqif Mustafazadənin ev-muzeyində "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib


Oktyabrın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin ev-muzeyində "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri ilə növbəti görüş keçirilib.
Görüşün əsas məqsədi iştirakçıları Vaqif Mustafazadənin zəngin yaradıcılıq irsi, Azərbaycan caz musiqisinin inkişafındakı müstəsna xidmətləri və ev-muzeyinin fəaliyyəti ilə yaxından tanış etmək olub.
Muzeyin bələdçisi Günel İbrahimova qonaqlar üçün ekskursiya təşkil edib. Ekskursiya zamanı iştirakçılara ekspozisiyada nümayiş etdirilən şəxsi əşyalar, fotoşəkillər, sənədlər, not materialları və digər eksponatlar haqqında məlumat verilib. Həmçinin sənətkarın milli musiqi ilə caz elementlərini özünəməxsus şəkildə birləşdirərək Azərbaycan cazının inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir qarşılıqlı fikir mübadiləsi və səmimi ünsiyyət şəraitində başa çatıb.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.