az | ru | en

20 oktyabr 2026

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib


2026-cı il Oktyabrın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri ilə növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq muzeyin yaranma tarixi, fəaliyyəti, kolleksiyaları və muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı haqqında ətraflı məlumat verib.
Daha sonra muzeyin bələdçisi Sevinc Şirinli tərəfindən qonaqlar üçün ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar muzeyin zəngin ekspozisiyası, Azərbaycan musiqi mədəniyyətinin çoxəsrlik tarixi, görkəmli musiqi xadimlərinin həyat və yaradıcılığı, onlara məxsus şəxsi əşyalar, eləcə də milli musiqi irsimizi əks etdirən eksponatlarla tanış olublar.
Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və səmimi ünsiyyət şəraitində başa çatıb.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.