10 oktyabr 2026
Qara Qarayevin ev-muzeyində Safura Mursaliyevanın ilk solo konserti keçirilib
2026-cı il Oktyabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində respublika və beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Safura Mursaliyevanın ilk solo konserti keçirilib.
Tədbiri giriş sözü ilə Qara Qarayevin ev-muzeyinin müdiri Lətifə Məmmədova açaraq iştirakçıları salamlayıb.
Tədbirin aparıcısı "Solo gənclik" layihəsinin koordinatoru Nüşabə Rüstəmova olub.
Konsert proqramında Safura Mursaliyeva Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edib. Rəngarəng musiqi proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Tədbirin sonunda Safura Mursaliyeva konsertin təşkilinə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib
Tədbirlər
|