Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş 27 sentyabr - Anım Günü Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsinin dərin ehtiramla yad edildiyi gündür.
27 sentyabr 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil - Muzeyində Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva Anım Gününün tarixi əhəmiyyəti, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılması barədə məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Fatimə Fərəcova (qanun), Əliəkbər Cəfərov (kamança) və Mirnofəl Həsənov (tar) musiqi nömrələri ilə çıxış ediblər. İfaçıların müəllimləri Aygül Qədirova və Gülarə Ramazanova, konsertmeysteri Rəna Zəkiyeva olub.
Tədbir çərçivəsində Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Tamerlan Mahmudovun və Turan Şərifovun əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Xalq artisti, pianoçu Murad Hüseynovun müəllifi olduğu, şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “İthaf” əsərinin videoyazısı təqdim olunub.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.