16 sentyabr 2026
Milli Musiqi Gününə həsr olunmuş "Musiqi Çələngi" adlı tədbir
16 sentyabr 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Bakı şəhəri 3 nömrəli uşaq - gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş "Musiqi çələngi" adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova açaraq iştirakçıları salamlamışdır.
Tədbirin bədii hissəsində mərkəzin musiqi dərnəklərinin istedadlı və fəal üzvlərinin ifasında Azərbaycan milli musiqi mədəniyyətinin incilərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi Aysel Kərim, mərkəzin direktor müavinləri Kəmalə Əncümənur və Gülşən Dadaşova, kütləvi işlər şöbə müdiri Ellada Qasımova çıxış etmişlər.
Tədbirlər
|