5 avqust 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları klubunun növbəti silsilə tədbiri çərçivəsində dahi dirijor və bəstəkar Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov açaraq, Maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, onun zəngin yaradıcılıq irsindən danışmışdır.
Tədbirin bədii hissəsində musiqişünas Sevinc İbrahimova, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Tallinn musiqi və balet məktəbinin tələbəsi Şirin Əmiraslanova, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin şagirdi Buta Yusubovanın təqdimatında səsləndirilən musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış, ifalar alqışlarla müşayiət olunmuşdur.
Tədbir çərçivəsində muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin fotoşəkillərdən ibarət slayd-şou və videoyazılar nümayiş etdirilmişdir.
Tədbirin sonunda qonaqlar üçün muzeyin əməkdaşı Əzirə Abdullayeva Maestro Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı ekskursiya aparmışdır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.