az | ru | en

3 iyul 2026




3 iyul 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Klassik Musiqi Həvəskarları Klubu"nun növbəti silsilə tədbiri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Babazadənin fortepiano sinfinin tələbələrinin iştirakı ilə "Musiqinin Sehrli Dünyası" adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov açaraq gənc ifaçılara uğurlar arzulamışdır.
Tədbirin bədii hissəsində gənc pianoçular Naida Qasımova, Səriyyə Ağakişiyeva, Nəzrin Zeynalova, 2025-ci il məzunu Cəmilə Bəşirli və Pərvin Əsgərova ifa etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılmışdır.






Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.