az | ru | en

24 iyun 2026


26 iyun - Silahlı Qüvvələr Günü


24 iyun 2026 - cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Professor Məleykə Əhədzadənin rəhbərliyi və dirijorluğu ilə fəaliyyət göstərən "Grandioso" Kamera Orkestrinin müşayiəti ilə təşkil olunan tədbirdə gənc və peşəkar ifaçıların iştirakı ilə zəngin musiqi proqramı təqdim edilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Əzirə Abdullayeva açaraq 26 iyun - Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan və Vətənimizin müdafiəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs etmişdir.
Konsert proqramında vətənpərvərlik ruhunu tərənnüm edən və klassik musiqi nümunələrindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilmiş, ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.